Azərbaycan xalqı bu günlər də tarix boyu şahidi olmadığı qürur dolu anlara şahidlik edir. Rəşadətli ordumuz hər keçən gün döyüş meydanın da böyük uğurlara imza atır. Gün keçmir ki, Prezdient İlham Əliyev bizə cəbhədən xoş xəbərlər çatdırmasın, bu səbəbdən bu gün Azərbaycan xalqında ruh yüksəkliyi, qələbə sevinci var. Haqq uğurun da yola çıxdığımız bu mübarizədə zəfər qazanmağımıza çox az qalıb.
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa yenidən müraciət edərək şanlı ordumuzun uğurlarından söz açıb. Əvvəla, şəhidlərimizə Allahdan rəhmət diləyən ölkə başçısı qeyd edib ki, Azərbaycan Ordusu döyüş meydanında hər keçən gün biraz daha irəliləyir düşmən artıq ordumuzun gücü qarşısında geri çəkilmək məcburiyyətində qalır. Ermənistan höküməti illərdir öz xalqını inandırırdı ki ,onların çox güclü ,yenilməz orduları var. Cəbhə də isə kimin güclü olduğu açıq-aydın ortadır . Ermənistan ordusu bu gün sahib olduqları hərbi texnikalarını belə qorumağa qadir deyillər. Indi düşmənin qənimət olaraq ələ keçirilən tanklarını Azərbaycan ordusu döyüş meydanın da onların özlərinə qarşı istifadə edir.
Müraciətin davamın da isə Prezident İlham Əliyev böyük qürur hissi ilə Füzuli və Cəbrayıl şəhərlərinin işğaldan azad olunan digər kəndlərinin adlarını sadaladı. Lakin , müzəffər ordumuz sadəcə bu uğurlarla kifayətlənməyib və bu ilin 20 oktyabrın da Zəngilan şəhərini də işğaldan azad edib. Zəngilan şəhərinin azad olunması ilə ordumuz bir daha öz gücünü sübut elədi. 19 oktyabr 1993-cü il də işğal olunan Zəngilan şəhərin də 27 il sonra yenidən Azərbaycan bayrağı dalğalanır. Bu bütün Azərbaycan xalqı üçün böyük sevinc,böyük qürurdur .
Prezident İlham Əliyevin də dediyi kimi: “ Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var". Ali Baş Komandanın sarsılmaz iradəsi ilə şanlı ordumuz tezliklə Qarabağın hər qarış torpağın da Azərbaycan bayrağını dalğalandıracaqdır. Eşq olsun Azərbaycan ordusuna! Qarabağ bizimdir,Qarabağ Azərbaycandır!
Məmmədova Simranə
Nəsimi rayon gənci