Qarabağın həqiqətlərini bütün dünya bilməlidir

22 Oktyabr 2020 13:10 (UTC+04:00)

Bildiyimiz kimi Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ uğrunda ikinci müharibə başlayıb.Məhz elə bu məsələlərlə bağlı cənab Prezidentimiz İlham Əliyev tez-tez çıxışlar edir,müsahibələr verir.Hər gün Azərbaycan xalqı möhtərəm prezidentimizin çıxışını səbrsizliklə gözləyir ki,qələbə çaldığımız yeni ərazilərin sevincini yaşasın.Çox şükür yaşayırda.Hər ötən gün qələbə çaldığımız,yenidən azad etdiyimiz ərazilərimizin sayı artır.30ilə yaxındır ki Qarabağ həsrətiylə yaşayan bu xalq artıq həsrətini sevinclə əvəz edir.Bu xoşbəxtliyimizin,sevinc gözyaşlarımızın səbəbi isə Ali Baş Komandanımızın uğurlu addımları və şanlı ordumuzun səyləri nəticəsindədir.Təbii ki bu yolda bizə dəstək olan qardaş ölkələrdə var.Onlarında dəstəyi bizim üçün çox önəmlidir.
Cənab Prezidentimiz hazırda gedən ikinci Qarabağ müharibəsinə görə tez -tez xarici informasya agentliklərinədə müsahibə verir.Sonuncu dəfə isə 19oktyabr 2020ci ildə TASS informasiya agentliyinə müsahibə vermişdir.Bu müsahibədə cənab Prezidentimiz İlham Əliyev Azərbaycanın mövqeyindən,müharibə vəziyyətindən,humanitar atəşkəsin gedişatından söz açmışdır.Eyni zamanda Ermənistanın humanitar atəşkəsi kobud şəkildə pozaraq gecə yarısı Gəncəyə qarşı məqsədyönlü şəkildə törədilən terrorizm aktı barədə də öz fikirlərini bildirmişdir.
Yeri gəlmişkən Gəncəyə qarşı törədilən terrorizm aktında Ermənistan dövlətinin bir daha öz vəhşiliyini,qəddarlığını sübut etdiyini körpə uşaqlara,onların ailələrinə qarşı qətliam törətdiyini vurğulamaq da yerinə düşərdi.Bu insanlığa qarşı törədilmiş cinayətdir.Dünya bu cinayətə,bu terrorizmə susmamalıdır.Bizim Ali Baş Komandanımız və rəşadətli ordumuz bunun qisasını artıqlamasıyla alır və alacaqda amma onlar kimi şərəfsizcəsinə deyil qəhrəmancasına cəbhə bölgəsinə savaşaraq! Azərbaycan xalqı hər zaman cənab Prezidentinin yanındadır.Onun verdiyi hər bir qərara,dediyi hər bir sözə dəstəkdi.Biz Ali Baş Komandanımıza və şanlı ordumuza güvənirik.
Biz bilirik ki,gəncə faciəsində və digər faciələrdə qətlə yetirilmiş soydaşlarımızında,şəhidlərimizində qanı yerdə qalmayacaq.Tezliklə Qarabağımıza qovuşacağıq.Qarabağın hər qarışında bayrağımız dalğalanacaq və tezliklə xalqımız zəfər bayramını qeyd edəcək.Yaşasın Azərbaycan ordusu,Yaşasın Ali Baş Komandan,Yaşasın Azərbaycan!

İbadova Günay
Nəsimi rayon gənci, Azərbaycan Dillər Universitetinin tələbəsi