Necə müddətdir davam edən işğalçı və şərəfsiz ermənilərin yenə xaincəsinə torpağımıza hücumları davam edir rəşadətli Azərbaycan Ordusu bütün sərhədlərimiz boyu uğurlu əməlyatlar nəticəsində işğal altında olan Cəbrayıl, Füzuli , Zəngilan rayonlarımız erməni əsarətindən azad olundu.
Ölkə rəhbərinin bu haqda çıxışında dediyi kimi "Azərbaycan haqq savaşındadır. Biz haqqımız olanı xain qonşulardan geri alırıq. İşğalçi Ermənistan və onların havadarları dərk etməlidirlər ki , bizim dədə baba torpaqlarimizi qaytarmaq üçün hər birimiz silaha sarılaraq mənfur düşmən üzərində qələbə çalacayiq.Qarabag Azərbaycan torpaqlarıdır . Onu düşməndən azad etmək bizim haqq işimizdir.
Ölkə rəhbəri İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə verdiyi müsahibədə jurnalistin suallarına geniş, aydın və məntiqli cavablandirması ictimaiyyət arasında çox qürur verici bir əhval ruhiyyə yaratdı. Bu gün tam əminliklə deyə bilərik ki bizim güclü dövlətimiz var , özünü qoruyacaq qədər gücə qadir olan ordumuz var ən başlıcası bu çətin gündə 30 illik yurd həsrəti çəkən həmvətənlərimizə çiyin çiyinə dayanan Ali Baş Komandanımiz vardır.
Təcavüzkar Ermənistan Gəncə , Tərtər şəhərlərində dinc əhaliyə qadağan olunmuş silahlardan istifadə edərək yaşayış binalarına atəş açmış, qadın, kişi, uşaqlar həlak olmuşlar. Butun dünyanın gözünə dik baxaraq yenə təcavüzkar hərəkətlərindən əl çəkmədilər. Aidiyyati olan dünya təşkilatları Erməni lobbisinə xidmət edənlər susdular.
Zamanı qabaqlamaq istəmirəm amma İlham Heydər oğlu Əliyev Azərbaycan torpaqlarını işğaldan azad edən prezident kimi adı tarixə qızıl hərflərlə yazılacaq . Çünki o millətinin xalqının milli lideri adını qazandı.Xalq inanırdı hər bir azərbaycanlının varlığı qələbəylə köklənib..Hər birimiz Ali baş komandanımızın qətiyyəti ordumuzun gücü və iradəsilə tezliklə torpaqlarımızı işğaldan azad edəcəyik. Şanlı Azərbaycan bayrağını Şuşada Xankəndidə dalgalandırmaga nail olacağıq.
Gülnarə Hacıyeva
Nəsimi rayon