Haqq yolunda inamla addımlayan Azərbaycan
22 Oktyabr 2020 14:03 (UTC+04:00)
Bügün Qarabağ münaqişəsinin hərbi yol ilə həll olunması bir çox ölkələrə Azərbaycanın həqiqi güc və imkanlarını göstərir. Hadisələri xronoloji şəkildə təhlil etsək Azərbayxcan tərəfinin nə qədər qətiyyətli və münaqişənin həlli yolunda kompromisslərə hazır olduğunu görə bilərik. Ölkə başçısı İlham Əliyev dünya KİV-lərinə verdiyi hər bir müsahibədə hərbi gedişlərin dayandırılmasının yalnız qarşı tərəfinin adekvat addımlarının cavabında ola biləcəyini qeyd edir. Lakin eyni addimları Ermenistan tərəfindən müşahidə eləmək mümkün deil.
Hal hazırda Ermənistan təfəri o qədər isterik haldadır ki, nə etdiyihnin özü belə fərqində deil. Herbi meydanda gücünü göstərə bilməyən Ermənistan Rusiyada XİN görüşündə humanitar atəşkəsə razılıq verdiyi halda, döyüş meydanından kilometrlərlə uzaq olan şəhərləri atəşə tutur. Azərbaycanın ikinci şəhəri saytılan Gəncə ballistik raket hücümuna məruz qalır və Gəncə ilə yanaşı bir neçə səhərlərdə qadağan olunmuş raket qalıqları tapılır. Bu vəziyyətdə bütün dünya üçün keçərli olan insan hüquqlarını müdafiə edən qurumlar Azərbaycanda olan terror aktına qarşı biganəliyini nümayiş etdirir. Sivil insanları nişan alan, mülki əhalini gecə saatlarında bomba atəşinə tutan bir ölkə 21-ci əsrin səmaları altında yaşamaq laiq olmamalıdır. Dünya ölkələri anlamalıdırlar ki, bügün Ermənistanın aşıladığı aqressiya altında gələcəkdə hər bir ölkə ola bilər və bu birbaşa olaraq insanlığa bir təhlükədir.
Dağlıq Qarabağ münaqişəsi 30 il sürən danışıqlardan sonra hal hazırda herbi yol ilə həll olunmaqdadır. Bir cox politoloqların və mütəxəsislərin “Bu münaqişənin hərbi həlli yoxdur və ola bilməz” proqnozu Azərbaycanın Ali Baş Komandanı İlham Əliyev tərəfindən məhv edildi. Azərbaycan ordusu bügün düzgün nizamlanmış taktika ilə zəfərə doğru irəlləyir ki buda status kvonun deyişməsinə aqressorun geri cəkilməyinə və münaqişənin həlli yollarında addım atmasına səbəb olub. Və bütün bunlar Azərbaycanın necə müstəqil siyasət yürütdüyünü sübüt etdiyi zamanda düşmən tərəfinin necə rəzil bir durumda olduğunu cılpaqlığı ilə göstərir. Haqq yolunda inamla addımlayan Azərbaycanın zəfərinə heckəs mane ola bilməyəcək!!!Qarabağ bizimdir!!!Qarabağ Azərbaycandır!!!
Cəfərova İradə Nəsimi rayon Gənci