Misirə Azərbaycan vətəndaşlarının təxliyyəsi üçün təyyarə göndərildi
18 Avqust 2013 19:00 (UTC+04:00)
Azərbaycan öz vətəndaşlarının Misirdən təcili təxliyyə edilməsi
üçün xüsusi təyyarə göndərib.
APA-nın xəbərinə görə,
Misirdə baş verən son qanlı hadisələrlə bağlı bu ölkədə yaşayan
Azərbaycan vətəndaşlarının təcili təxliyyəsinin həyata keçirilməsi
üçün Azərbaycan prezidenti İlham Əliyev xüsusi tapşırıq
verib.Prezidentin Azərbaycan Xarici İşlər və Fövqəladə
Hallar nazirliklərinə verdiyi tapşırığa əsasən, bu gün Fövqəladə
Hallar Nazirliyinə məxsus təyyarə Bakıdan Qahirəyə yola düşüb.