Müğənni restoranda və toyda yemək yeməməsinin səbəbbini açıqladı
19 Avqust 2013 11:50 (UTC+04:00)
Mövqe.az-ın məlumatına görə, sənətçi "ATV Maqazin"
jurnalına müsahibəsində başqalarının yanında televizorda özünü
izləmədiyini etiraf edib:
"İnsanlar içində özümü izləməyi sevmirəm. Tək olanda nə qədər
istəsən arxivlərimə baxıram. Amma elə ki, yanımda bir nəfər oldu öz
simama baxa bilmirəm. Hələ bu yaxşıdır. Mənim bir qanunum var: evdə
yemək yeyəndə masa arxasında heç kim olmamalıdır. Sağ olsunlar
evdəkilər də bu şəraiti yaradırlar, səhər yeməyimi də, naharı da
tək oturub yeyirəm. Bu, vərdişdir, istəmirəm udqunmağımı,
çeynəməyimi kimsə görsün. Ona görə mən restoranda, toyda yemək
yemirəm".