İTTİHAM: "Samir Xəttab maşenikin yekəsidir, çox müğənniləri aldadıb"
19 Avqust 2013 12:03 (UTC+04:00)
Təşkilatçı-prodüse Samir Xəttabı sosial şəbəkədə "maşennik"
adlandıran müğənni Arzu Seyidzadə qarşı tərəfin onu dolandırdığını
iddia edir. Müğənni ANS PRESS-ə müsahibəsində, prodüserin məşhur
türk müğənnisi Davud Güloğlu ilə birlikdə konsertinin təşkili üçün
20 000 manat ödədiyini, lakin qarşı tərəfin buna əməl etmədiyini
bildirdi.
Müğənni ittihamlarını belə əsaslandırdı: "Sözügedən konsertin
təşkili ilə mənim rəhbərim olduğum "HAS Production" şirkəti ilə
təşkilatçı Samir Xəttab arasında müqavilə bağlandı. Samir Davud
Güloğlunun Bakıda konsertini təşkil etmə idi. onunla da səhnəni mən
bölüşməli idim. Müqavilənin şərtlərinə əsasən mən sifarişçi olaraq
ona 17 5000 manat ödəməli idim və əgər icracı, yəni Samir Xəttab
sifarişi yerinə yetirməsə, ödədiyim puldan əlavə olaraq mənə 20 000
manat təzminat ödəməlidir.
Ümumilikdə Samirə 20 000 manat pul vermişəm. Müqavilənin şərtlərinə
əməl etmədiyi üçün 20 000 manat da əlavə ödəməlidir. Hazırda mənə
40 000 manat verməlidir. Hələ də nə verdiyim pulu, nə də təzminatı
ala bilirəm. Hər dəfə "bu gün verəcəm", "sabah verəcəm" deyərək
məni aldadır.
Samir pulu alsa da, mart ayından bu yana hər dəfə konsertin vaxtını
dəyişdirərək bu günə qədər konserti təşkil etməyib. Bəlkə də heç
Davud Güloğlunun bu məsələdən xəbəri yoxdur. Samir Xəttab
maşennikik yekəsidir. Mənə qədər çox müğənniləri aldadıb. Hələ
çoxlarını da aldadacaq. Ətrafına özü kimi 2-3 nəfəri yığıb,
onun-bunun pulunu yeməklə məşğuldur."
Müğənni Arzu Seyidzadənin "maşennik" adlandırdığı
təşkilatçı-prodüser Samir Xəttab ittihamları qəbul etmədiyi deyir:
"Burada dələduzluq heç nə yoxdu, müqaviləmiz var. Ona sual verin
ki, müqavilə varındı? Deyəcək "hə". O zaman soruşun ki, bəs niyə
məhkəməyə vermirsən, bölməyə, ora-bura gedirsən?. İddianı getsin
məhkəmədə qaldırsın. Dəfələrlə deyilib ona. Amma qaldıra bilmir.
Cünki əlimdə sənədlər, sübutlar var. Sübutlarımla geniş açıqlama
Bakıya qayıtdıqdan sonra verəcəm."
Xatırladaq ki, təşkilatçı-prodüser Samir Xəttab haqqında bu gün
saytımızda gedən "Prodüser İstanbulda təsadüfən Aygün Kazımova ilə
rastlaşdı" yazı sosial "Facebook" sosial şəbəkəsində paylaşılınca,
müğənni Arzu Seyidzadə xəbərinə sərt reaksiya verib. Arzu Seyidzadə
xəbərin altına "Şərəfsiz ..., 20 000 manatımla özünü raskrutka
edir. Mən pulumu almağı düşünürəm, bu maşennik, mənim pullarımla
kef edir."- yazaraq şərh verib. Bununla sakitləşməyən ifaçı,
sözügedən xəbəri öz səhifəsində "Şərəfsiz ... " statusu ilə
paylaşıb.