Qeyri-kommersiya qurumlarının qeydiyyatı və mətbu nəşrlərin uçotu prosedurları ilə bağlı elektron xidmətlər hazırlanıb. Ədliyyə Nazirliyindən Movqe.az-a verilən xəbərə görə, "Elektron notariat" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi də yaradılaraq sınaq rejimində 24 notariat kontorunda istismara verilib. Qeyd edək ki, bu xidmətlər "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 191 nömrəli qərarında nəzərdə tutulub.