Prezidentimizin Qarabağla bağlı söylədiyi tarixi faktlar
30 Oktyabr 2020 15:02 (UTC+04:00)
Qarabağ müharibəsi uzun müddətdir ki, davam edir. Bu müddət ərzində Şanlı Azərbaycan Ordusu bir çox yaşayış məntəqələrini düşməndən azad etmişdir. Çünki Qarabağ Azərbaycanın əzəli və tarixi torpağıdır. Bununla bağlı Cənab Prezidentimiz İlham Əliyev xalqa müraciəti zamanı Qarabağla bağlı tarixi faktları qeyd etmişdir.
Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaratmışdır. Tarixə nəzər yetirsək, 1990-cı illərin əvvəllərində Azərbaycan haqqında, ümumiyyətlə, dünyada o qədər də böyük təsəvvür yox idi. Lakin dünyanın bir çox yerlərində fəaliyyət göstərən bir sıra erməni təşkilatları həmin bölgənin tarixi ilə bağlı, həm də münaqişənin tarixi ilə bağlı yalnış məlumatları dünyaya yaymışdır. Son illər ərzində ardıcıl fəaliyyət nəticəsində biz dünya ictimaiyyətini Qarabağın tarixi ilə bağlı, münaqişənin tarixi ilə bağlı kifayət qədər məlumatlandırmışıq. Görülən bütün bu işlər, bu gün bizə kömək göstərir, çünki artıq dünyada bu məsələ ilə bağlı daha obyektiv fikir var, daha obyektiv təsəvvür var. Məhz bizim yorulmaz səylərimiz nəticəsində buna nail ola bilmişik. Erməni xalqı Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələrindən sonra bizim dədə-baba torpaqlarımıza gətirildi. Məqsədyönlü şəkildə gətirildi və ölkəmizin ən dilbər guşələrindən biri olan Qarabağda yerləşdirildi, onlara şərait yaradıldı. Məqsəd aydın idi- dini dəyişiklik etmək, müsəlmanları öz dədə-baba torpaqlarından qovmaq, didərgin salmaq idi. Onların məqsədləri bu idi və əfsuslar olsun ki, bu məqsədə çatdılar. Ondan sonra erməni əhalisi Dağlıq Qarabağ bölgəsində, azərbaycanlıların dədə-baba torpaqlarına yerləşdirildi. Ermənilər bundan istifadə edərək, yavaş-yavaş bizim torpaqlarımıza sahib çıxmağa başladılar.
Sözsüz ki, dəfələrlə danışıqlar aparılıb atəşkəs elan olunsa da, Ermənistan dövləti buna məhəl qoymamışdır. Bu gün biz onların cavabını veririk. Biz bu münaqişənin həllini iki yolda görürük. Birincisi, masa arxasında danışıqlar aparıb, bizim torpaqlarımızı qeyri-şərtsiz bizə geri qaytarmaq, ikincisi hərbi yolla bu münaqişəyə son qoymaq. Onsuz da, biz yolumuzdan dönməyəcəyik. Biz , bizə aid olanı-torpaqlarımızı istəyirik.
Eyni zamanda, Prezidentimiz sevincli xəbərləri bizimlə bölüşmüşdür. Zəngilan rayonunda azad edilmiş kəndlər: Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd. Cəbrayıl rayonunun azad edilmiş kəndləri: Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər. Qubadlı rayonunun dünən azad edilmiş yaşayış məntəqələri: Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan və Qubadlı şəhəri!
Qüdrətli, Şanlı Ordumuzun sayəsində, torpaqlarımızın bir hissəsi işğaldan azad edilmişdir. Artıq az qalıb. Biz ümid edirik ki, qalan torpaqlarımız da işğaldan azad olunsun. Çünki biz haqq yolundayıq. Bizi yolumuzdan heç kim döndərə bilməz.
Nəsimi rayon gənci,
Əliyeva Zenfira Taleh qızı