Belə ki, sosial şəbəkənin ən fəal üzvlərindən olan sevimli müğənni
Roza Zərgərli facebook səhifəsində layihə haqqında öz fikirlərini
bildirib. Roza Zərgərlinin bir neçə dəqiqə bundan öncə yazdığı
statusu sizə təqdim edirik: "Son zamanlar məni ən çox düşündürən,
ağladan, qanad verən, eyni zamanda bəlkə də qanadlarımı qıran,
ondan sonra depressiya yaşadığım bir və hələki son layihə - LARA
FABIAN - Mademosielle Zhivago. Baxmayaraq ki bu layihədə Lara
Fabian, İqor Krutoy və Alan Badoevin adları gedir... Ancaq ən böyük
qəlbi Alan Badoevin işində gördüm, rejissor bəlkədə bütün layihəni
hər kəsdən daha çox anlayıb, yaradıb..."
İfaçı hətta depressiyayaya düşmə səbəblərini də qeyd edib:
"Depressiyaya düşməyimin səbəbi bəlkə də bu cür layihədə bir
sənətçi kimi heç vaxt ola bilməyəcəyimdir. O maddiyyat yoxdur, düzü
bu cür layihəni bizdə təqdim etsəm görəsən kimsə anlayarmı? Düzü
əyər o maddiyat olsa idi, heç özümdən başqa heç kəs başa düşməsə
idi belə yenə də verərdim ) Bu baxımdan Laraya böyük qibtə
edirəm".