Azərbaycanlı teleaparıcı iflic olmaq üzrədir

21 Avqust 2013 11:58 (UTC+04:00)

İlham Mirzəyev efirdən uzaq düşdü

İki ay əvvəl silahlı basqına məruz qalan tanınmış teleaparıcı iflic olmaq üzrədir. Anspress-in məlumatına görə, teleaparıcı bu barədə öz "Facebook" səhifəsində yazıb. O, boyun nahiyəsindən aldığı bıçaq yarasının boynunda deformasiya yaratdığını və iflic olma dərəcəsinə çatdığını deyib: 


"Əziz "Facebook" dostlarım, mətbuatdan da bilirsiniz ki, iyun ayında mənə hücum olmuşdu. Bu ağır zərbənin psixoloji sarsıntısı təbii ki, kecmir. Aldığım xəsarət indi də özünü göstərir. Boyun nahiyəmdəki bıçaq yarası boynumda deformasiya yaradıb və iflic olma dərəcəsinə gətirib çıxarmaq üzrədi... Sizdən və məni sevən insanlardan heç bir gizli işim olmadığından bunu da sizə yazmalıyam. Türkiyə Respublikasında müalicə almalıyam. Bir müddət burada olmayacağam. Sizin dualarıız və Allahın köməkliyi ilə inşallah bu problemi də həll edərəm. Sağ və salamat ara verdiyim televiziya proqramlarına və klinikadakı işlərimə geri dönərəm. Çox çətin şəraitdə proqramlarımı çəkdim və sizə xəstə olduğumu bildirmədim. Çünki siz məni hər zaman gülərüz və şən İlham Mizəyev kimi görmüsünüz. İnşallah yenə də müalicədən sonra belə olaram. Sizlərdən ötrü darıxacağam. Tezliklə görüşənədək. Hər birinizi sox sox sevən İlham Mirzəyev."