Gün bu gündür! Gün Azərbaycanın 30 ildir ki, hazırlaşdığı, gözlədiyi, öz alın təri ilə qazandığı Qələbə günüdür! Bəli, müharibə sona çatdı, artıq biz məcburi köçkünləri olan, müharibə şəraitində yaşayan, ərazisi terorrizmin qurbanına çevrilən, təxribatlara məruz qalan Azərbaycan deyilik. Biz gücümüzü bütün dünyaya sübut etmiş, üzü ağ, 30 illik müharibənin qalib tərəfiyik. Biz müasir dünyanın müasir, inkişaf etmiş, əzmkar, haqlı, güclü Azərbaycanıyıq. Artıq səhəri düşmən təxribatları, bu təxribatların qurbanına çevrilmiş insanların ölüm xəbəri ilə deyil, Qarabağda yaşayan azərbaycanlıların gündəlik həyatının, səfalı Qarabağ torpağının mənzərəsi ilə açacıyıq. Daha internetdən Şuşanın yeni şəkillərini axtarmağa ehtiyac yoxdur, biz Şuşanı öz gözlərimiz ilə görəciyik. Daha gələcək nəsil qarşısında başı aşağı deyilik. Biz Odlar Yurdunu onlara tam, azad əmanət edəciyik. Artıq “eşit,ey Qarabağ” deməyəciyik” gör, ey Qarabağ” deyəcəyik. Gör ki, biz gəldik, həqiqi sakinlərin, o sakinlər ki milyon illərdir burada səninlə taleyinə şəriklik edib, biz qayıtdıq,söz verdiyimiz kimi.
Xalqımız günlərdir qələbə sevincini bayram edir. Bu qələbə sevincini bizə yaşadan Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, liderimiz, cənab İlham Əliyev və onun əzmkar ordusudur. Bu ordu həm hərb meydanında, həm sosial şəbəkə meydanında ölkəsini son dəqiqələrədək əzmlə müdafiə etdi, düşmənə laiq olduğu cavabı verdi, başçısına dəstək oldu və bir yumruq ətrafında birləşdi. Xarici təziqlərə, düşmənin yalanlarına və qara yaxmalarına baxmayaraq yolundan dönmədən mübarizə apardı. Hərbiçilərimiz cəbhədə, gənclərimiz sosial şəbəkələrdə əsgər tək vuruşdu.
Qarabağ Azərbaycana qovuşdu. Daha Xarıbülbül başını yerə əyməyəcək, şövqlə günəşə baxacaq, daha çox ətir saçacaq. Cıdır düzü yenə tarixi keçmişinə qayıdacaq, Qarabağ atları yenidən onu bəzəyəcək. İsa bulağı duru suyunu öz keçmiş və əbədi dostlarına, azərbaycanlılara dirilik suyuna çevirəcək. Xanın muğamının səsi bütöv Azərbaycan səmasında səsləndikcə şəhidlərimizin, ata babalarımızın ruhu rahatlığa qovuşacaq. Məzarda uyuyan ulularımız düşmən əhatəsində deyil, bizim əhatəmizdə uyuyacaq. Kəlbəcər, Laçın, Ağdərə, Cəbrayıl, Füzuli, Xankəndi, Xocalı, Şuşa, Ağdam, Qubadlıda bizim bayrağımız dalğalanacaq. Bizim səsimiz yüksələcək. Biz yaşayacaqyı, torpağına biz toxunacayıq. Ana Vətən təbiətini bizim üçün bəzəyəcək. Artıq yeni baharlar, yeni payızlar gələcək. Meşələrə çəkilmiş niskil, ayrılıq yükü yerini şəfəqləri ilə bərq vuran vüsalla əvəz edəcək.
Bacardıq! İstədiyimiz hər şeyi bacardığımız kimi! Birlikdə bacardıq! 1918-ci ildə zəncirləri qırıb azadlığa çatdığımız kimi, 1991-ci il Yanvarın 20-sində sovet rejimini dağıtdığımız kimi, 2020-ci ildə erməni teroristləri və işğalçılarını dəf etdik. Ta qədimdən Qarabağ bizim idi, indi də bizimdir! Sadəcə bizim! Heç bir muxtar respublika yoxdur! Heç bir status kuvo yoxdur! Heç bir daşnak qüvvələr yoxdur! Sadecə müstəqil Azərbaycan Respublikası və onun azad Qarabağı var! Yaşasın Azərbaycan, Yaşasın Azərbaycan ordusu, Yaşasın azad Qarabağ!
Şəmilova Dünya
Nəsimi rayon gənci ,Azərbaycan Dillər Universiteti tələbəsi