44 günlük müharibənin zəfərini 44 il danışacağıq

14 Noyabr 2020 20:05 (UTC+04:00)

Bəlkə də bu qələbə heç bir dövlətin tarixində yoxdur. Müharibə edən ölkələr illərlə döyüşür. Bütün insanların yaşayış həyatı çətinləşir. Daxili sarsıntılara məruz qalır. Lakin bizim ölkədə gedən müharibə tam fərqli oldu. İllərlə qəlblərdə yatan arzumuza 44 gündə çatdıq. Həmdə sevinc hissləri keçirə-keçirə birlik nümayiş etdirə-etdirə. Biz 44 gündə 300-ə yaxın kəndimizi, 5 şəhərimizi, 4 qəsəbəmizi və eyni zamanda çox önəmli yüksəklikləri azad etdik.

Bu torpaqları azad etməklə yanaşı düşmənin əksər texnikalarını məhv etdik, canlı qüvvəsinə ciddi zərbə vurduq. Ermənistanın ordusunu darmadağın etdik. Eyni zamanda erməni xislətini bütün dünyaya tanıtdıq. Hər kəs onları gördü bir daha tanıdı bir millət kimi yalançı, təxribatçı və işğalçı  dövlət olduqlarını gördü.

Biz həm erməni xalqının işğalçı bir xalq olduğunu bütün dünyaya tanıtdıq, həm də öz gücümüzü, birliyimizi  göstərdik. Bizim  müzəffər ordumuz Qarabağın incisi olan Şuşa şəhərini azad etdi. Onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etdi. Şanlı ordumuz Ermənistanı diz çökdürdü və kapituliyasiyaya məcbur etdi.

Bütün dünya xalqları bu savaşda kimin qalib, kimin isə məğlub olduğunu gördü. Müharibənin sonuncu günü Ali Baş Kmandan, Prezident İlham Əliyevin fəxrlə bəyannaməyə imza atması, Azərbaycan xalqının əhval-ruhiyyəsi, bayram sevinci kimi qəbul etməsi tarix boyu danışılacaq.

30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birinə nail ola bilmədi. Paşinyanın Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi tarixin arxivinə getdi. Dağlıq Qarabağda yeni erməni dövlətinin yaradılması planları pozuldu.

44 gün gedən müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Bizim əldə etdiyimiz qələbə əsrlərlə danışılacaq və bu qələbənin sevincini gələcək nəsillər  hiss edəcək. Bu qələbə bizi daha da gücləndirəcək, bu qələbə Azərbaycan xalqını daha da ruhlandıracaq, bu qələbə Azərbaycan gəncliyinin gələcək xoş günlərini təminatçısı olacaq, bu qələbə dünya Azərbaycanlılarını daha da birləşdirəcək.

Biz xoşbəxt, azad və müzəffər xalqıq. Bizim Ali Baş Komandanımız xalqına güvənir, xalqının gələcək həyatını daha da xoşbəxt görmək istəyir və xoşbəxt edir. Eyni zamanda xalqda prezidenti İlham Əliyevə inanır, hər zaman onun yanındadır. Bu birlik əbədidir. Bu birlik sarsılmazdır. Bu birlik hər zaman qələbəyə səsləyir.

 

Aygül Orucova

Nəsimi rayon gənci