20-ci ildə də bir yerdə oldular

16 May 2012 12:02 (UTC+04:00)

Mövqe.az xəbər verir ki, Sovet İttifaqının dağılmasından sonra müstəqillik əldə edən dövlətlər 20-ci ilini Rusiya Prezidenti Vladimir Putinlə birlikdə qeyd  edib. MDB üzvlüyünə daxil olan 11 ölkə liderinin iştrakı ilə qeyri-rəsmi zirvə görüşü keçirilib. Putin zirvə görüşündə etdiyi çıxışında MDB ölkələrinin Rusiyanın strateji oratğı olduğunu söyləyib. İkinci Dünya Müharibəsində  nasist Almanyasına qarşı qazanılan zəfəri xatırladan Putin  bölgə xalqlarının ortaq tarixi və mədəni təməlləri olduğunu  qeyd edib. Kremldə rəsmi bir gündəmi təyin edilmədən baş tutan  MDB ölkələrinin zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Almazbek Atambayev, Tacikistan prezidenti İmomali Rahmon, Özbəkistan prezidenti İslam Kərimov, Ukrayna prezidenti Viktor Yanukoviç, Ermənistan prezidenti Serj Sarkisyan, Belarusiya  prezidenti Aleksandr Lukaşenko, Moldova prezidenti Nikolay Timofti və Türkmənistan prezidenti Qurbanqulu Berdimuhammedov da iştirak edib. MDB ölkələri ilə görüşlər təyin edən Putin ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinin əhəmiyyətli olduğunu qeyd edib. İkitərəfli  görüşlərdə  Ukrayna prezidenti Viktor Yanukoviç  Rusiya-Belarus-Qazaxıstan arasında yaradılan gömrük  əməkdaşlığını inkişaf etdirmək istədiklərini qeyd edib.