"Kim Azərbaycan Respublikasının prezidenti olmaq istəyirsə, Konstitusiyanın tələblərinə əməl etməlidir"
Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Milli Şuranın prezidentliyə namizədi Rüstəm İbrahimbəyovun Seçki Məcəlləsinə zidd olaraq mövcud problemləri barədə danışıb.
APA-nın xəbərinə görə, M. Pənahov bildirib ki, kim Azərbaycan Respublikasının prezidenti olmaq istəyirsə, Konstitusiyanın tələbələrinə əməl etməlidir.
MSK sədrinin sözlərinə görə, tələblərdən biri də budur ki, ikili vətəndaşlığı, başqa ölkələr qarşısında öhdəliyi olanlar Azərbaycan Respublikasının prezidenti ola bilməz: "Bu, Azərbaycan Konstitusiyasının tələbidir. Ona görə bu məsələyə qanunvericiliyin yol verdiyi şərtlər çərçivəsində baxılacaq. Başqa cür ola bilməz. Rüstəm İbrahimbəyovun sənədləri dünən daxil olub və bu gündən etibarən MSK onun sənədlərinə baxmağa başlayıb".
M. Pənahov deyib ki, Azərbaycanın prezidenti olmaq hüququ olan şəxs bu istiqamətdə addımlarını atmaqda azaddır: "MSK qanunvericiliyin tələblərinə uyğun olaraq sənədlərə baxacaq və 5 gün müddətinə öz qərarını verəcək".