Duzdan əl çəkə bilməyənlər bu xəbəri oxusun!
23 Avqust 2013 17:16 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, mütəxəssislər
duzun bədən üçün imtina edilməz olmaqla yanaşı, həddindən artıq
duz istehlakının hipertəzyiq başda olmaqla iflic, ürək
böhranı, ürək çatmazlığı, böyrək xəstəliyi, mədə xərçəngi, böyrək
daşı, sümük əriməsi və bədəndə şişlik kimi müxtəlif problemlərə
gətirib çıxardığını bildirib. İnsan gündə orta hesabla 15 qram duz
qəbul edir. Gündəlik alınan duzun iki çay qaşığına endirilməsi
infarkt və ifliclə bağlı 2.5 milyon ölümün qarşısını alacağını
söyləyən həkimlər "gündə bir çay qaşığından daha az duz qəbul etmək
illik infarkt riskini 5 faiz, iflic riskini 3 faiz və ölüm riskini
4 faizə qədər azaltmış olur" deyib. Gündəlik duz istehlakının 5
qrama endirilməsi ilə hər il dünyada ürək böhranı və ifliclə bağlı
2.5 milyon ölüm halının qarşısı alına bilər. Kiçik bir çay
qaşığının təxminən 2.5 qram duz aldığını düşünsək biz gündə
təxminən 6 çay qaşığı duz alırıq. Halbuki hədəfimiz gündə 2 çay
qaşığını keçməməlidir.
Duz istifadəsini azaldacaq 10 təklif:
-Yeməyin dadına belə baxmadan duz qoymayın. Duzsuz yemək çox
dadsızdır deyirsinizsə bibər, sirkə, limon suyu və müxtəlif
bitkilərlə yeməyinizi dadlandıra bilərsiniz;
-Duzsuz çörək yeyin. Təzə tərəvəz yeyin. Konserv, turşudan uzaq
durun.
-Yemək bişirərkən duz qoymayın, bişirdikdən sonra da
qoymayın.
-Duzu azaldılmış pendir yeyin.
-Həkim və ya əczaçıyla məsləhətləşərək süni duz istifadə edə
bilərsiniz.
-Çöldə yemək yeyərkən seçici olun.
-Nanə, kəklik, soğan, sarımsaq yeməklərə duz olmadan ləzzət
verir. Ətləri sarımsaq, sirkə, limon suyunda saxlayın.
-Tərəvəz, meyvələrə ümumiyyətlə az duz daxildir.
-Təzə qoz-fındıq, qoz, pərpətöyün yeməyə ləzzət qatar.
-Alış-veriş edərkən qida etiketindəki duz miqdarına
baxılmalıdır.