Azərbaycanın Balakən rayonu ərazisində zəlzələ olub. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 06.18-də Zaqataladan 23 km şimal-qərbdə - Balakəndə zəlzələ qeydə alınıb. Maqnitudası 3.80 olan, 10 km dərinlikdə baş verən zəlzələ Zaqatala və Balakəndə ocağa yaxın yaşayış məntəqələrində 3.5-3.0 bal gücündə hiss olunub.