Təhsil Nazirliyindən "pulsuz" dərsliklərin satışı ilə bağlı açıqlama
26 Avqust 2013 11:05 (UTC+04:00)
Təhsil Nazirliyi şagirdlərə hansı dərsliklərin
pulsuz veriləcəyini açıqlayıb. Nazirlikdən Movqe.az-a verilən
məlumatda metro keçidlərində, bəzi kitab mağazalarında üzərində
"pulsuz" yazılmış dərsliklərin satılmasına da aydınlıq gətirilib.
Məlumatda bildirilir ki,dövlət ümumtəhsil məktəblərinin şagirdləri bütün dərsliklərlə
pulsuz təmin olunurlar. Üzərində "pulsuz" yazılmış dərsliklərin
satışının qarşısının alınması digər müvafiq dövlət qurumlarının
səlahiyyətindədir.