Bu gün hava sərin olacaq
26 Avqust 2013 11:19 (UTC+04:00)
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, yağmursuz
keçəcəyi gözlənilir.
Temperaturun gecə 19-24°, gündüz 29-34° isti, Bakıda gecə 21-23°
isti, gündüz 30-32° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 757
millimetr civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 faiz,
gündüz 55-65 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt,
Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zuğulba, Buzovna,
Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Şıx, Sahildə 27-28°
isti olacaq.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək.
Temperaturun gecə 18-23°, gündüz 32-37° isti olacağı
gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı,
Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava
əsasən yağmursuz keçəcək. Temperaturun gecə 10-15°, gündüz 22-27°
isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
rayonlarında hava əsasən yağmursuz olacaq. Temperaturun gecə
18-23°, gündüz 30-35° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu,
Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
hava əsasən yağmursuz olacaq. Temperaturun gecə 18-23°, gündüz
27-32° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli,
Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz
olacaq. Temperaturun gecə 19-24°, gündüz 32-37° isti olacağı
gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən
yağmursuz keçəcək, temperaturun gecə 20-24°, gündüz 30-35° isti,
dağlarda gecə 15-20°, gündüz 25-30° isti olacağı gözlənilir.