Baş nazir futbolçu oldu

27 Avqust 2013 12:31 (UTC+04:00)

54 yaşlı Boyko Borisov "Vitosha Bistritsa" futbol komandası ilə meydana çıxıb

Fevral ayında istefa edən Bolqarıstanın eks baş naziri Boyko Borisov, ötən gün ölkənin ikinci liqasındakı "Vitosha Bistritsa" futbol komandası ilə meydana çıxıb. Mövqe.az-ın "CNN"ə istinadən verdiyi məlumata görə, 13 nömrə forma ilə 54 dəqiqə oynayan 54 yaşlı sabiq baş nazir, daha əvvəl də komanda ilə həvəskar liqada futbol oynamışdı. 

Bolqarıstanda professional liqada oynayan ən yaşlı futbolçu olan Borisov, daha əvvəl iki dəfə təzyiqi qalxdığı üçün xəstəxanaya aparılıb. O, indi sağlamlığının yaxşı olduğunu bildirib.