Mövqe.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 23-də "Mercedes" markalı avtomaşının yanması nəticəsində yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilən Gürcüstan vətəndaşları Təyyar Hümbətov və Vidadi Qasımov avqustun 26-da orada ölüblər.
Qeyd edək ki, hadisə avqustun 23-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb.
"Mercedes" markalı, RJB 777 GE dövlət nömrə nişanlı avtobus elektrik naqillərində yaranan problem nəticəsində yanıb.