GUAM-dan olan müşahidəçilər missiyası Azərbaycanda prezident seçkiləri zamanı nisbətən daha geniş monitorinq keçirməyi planlaşdırır.
GUAM katibliyindən Trend-ə verilən məlumatda bildirilir: "GUAM - Demokratiya və İqtisadi İnkişaf Təşkilatının nümayəndələri daha geniş monitorinq keçirəcək, həm Bakıda, həm də Azərbaycanın regionlarında olan seçici məntəqələrinin böyük hissəsinə baş çəkəcəklər".
Katiblikdən verilən məlumata görə, oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərinin gedişini izləmək üçün GUAM oktyabrın əvvəlində monitorinq keçirəcək, prezidentliyə namizədlərlə görüş keçirəcək missiya göndərəcək.