Gizli kameranın içində 8 GB həcmində yaddaş kartı olub
Mövqe.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin İzmir şəhərindəki təcili yardım xəstəxanalarından birinin ayaqyolunda gizli kamera aşkarlanıb. Unitazın qarşısındakı divara plastırla yapışdırılan qapı dəstəyi şəklindəki kameranı xəstələrdən biri tapıb.
Dərhal hadisə yerinə polis əməkdaşları cəlb olunub və kamera araşdırılmaq üçün bölməyə aparılıb. Gizli kameranın içində 8 GB həcmində yaddaş kartı olduğu aşkarlanıb.
Hazırda gizli kameranı ayaqyoluna yerləşdirən şəxs nə ya şəxslərin tapılması istiqamətində araşdırmalar davam edir.
Xəstəxana rəhbərliyi isə baş verənlər barədə açıqlama verməyib.