Movqe.Az xəbər verir ki, Sony-nin 20 MP-lik yeni telefonu olacaq Xperia Z1-in bir çox xüsusiyyəti mətbuata sızıb.Son olaraq telefonun yüksək keyfiyyətli fotoşəkilləri də internetə düşüb. İlk baxışda 3 fərqli rəng variantıyla qarşımıza çıxan Xperia Z1, Sony-nin Xperia Z telefonuyla bənzərlik daşıyır. Modelin Xperia Z-dən əhəmiyyətli fərqli cəhəti istifadə olunan metal çərçivələr olaraq görülür. Telefonun xüsusiyyətlərini qısaca xatırlatmaq lazımdırsa, modelin 5.0 düym Full HD ekran, 20 MP arxa kamera, dörd nüvəli 2.2GHz Qualcomm Snapdragon 800 prosessor və 2GB RAM -a malik olmasıdır. Xperia Z1, 4 Sentyabrda Berlindəki Sony fəaliyyətində tanıdılacaq.