Ana bətnindəki körpə də heç nəyi unutmur?
28 Avqust 2013 18:16 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Körpələrin, ana
bətnində duyduqlarını xatırlaya bildiyi təyin olunub.
Finlandiyadakı Helsinki Universitetindən elm adamlarının etdiyi
araşdırma, dölün mahnıları və nitqləri xatırlaya bildiyini, bu
səbəbdən beyin tamamilə inkişaf etmiş olmasa da öyrənə bildiyini
göstərib. Elm adamları, Fince-də bir mənası olmayan, 3 hecalı
olması səbəbiylə öyrənməsi çətin olan "tatata" sözünü istifadə
edərək dölün yaddaşını test edib.
Hamiləliyin 29-cu həftəsindən doğuma qədər edilən araşdırmada,
qadınların yarısına yüzlərlə dəfə bu söz dinlədilib. Doğumdan sonra
sözün dinlədildiyi körpələrin beyin fəaliyyəti araşdırılıb. Ana
bətnində "tatata" nı dəfələrlə eşidən körpələrin beyninin bu sözə
güclü reaksiya verdiyi görülüb. Sözü eşitməyən körpələr isə
reaksiya verməyib.