BMT diplomatları Suriya ilə bağlı danışıqlardan sonra şərh vermir
29 Avqust 2013 11:08 (UTC+04:00)
Birləşmiş Ştatlar, Rusiya, Fransa, Çin və Britaniyanın BMT-dəki
diplomatları Britaniyanın təklif etdiyini qətnamə layihəsini
müzakirə edərək, təşkilatı mülki vətəndaşların müdafiəsi və bu kimi
hücumların təkrar olunmasının qarşısını almaq üçün lazım olan
tədbirlər görməyə çağırıb.
Hələlik diplomatların görüşündən sonra heç bir şərh verilməyib.
Britaniya Suriyaya qarşı hərbi aksiyadan öncə qətnamə layihəsinin
BMT Təhlükəsizlik Şurasında səsverməyə çıxarılmasına çalışır.
Britaniyanın Xarici işlər naziri Vilyam Heyq təşkilatı gecikdirməyə
görə tənqid edib.
BMT diplomatları çərşənbə günü müzakirələrdən sonra açıqlama
verməyiblər.
Təklif edilmiş qətnamə ABŞ və Qərb ölkələrinin prezident Bəşar
Əl-Əsədə qarşı mümkün hərbi hücumdan öncə beynəlxalq diplomatik
səylərin bir hissəsidir.
BMT-nin Dəməşq yaxınlığında zəhərli qaz hücumunun keçirildiyi yerdə
fakt-araşdırıcı missiyası öz işini çərşənbə günü bitirib, lakin
BMT-nin Baş katibi Ban Ki Mun işi bitirmək üçün qrupun daha dörd
günə ehtiyacı olduğunu bildirib.