Dünən axşam saatlarında yağan leysan yağışları Quba rayonunda fəsadlar yaradıb.
Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə
şəhərin Vaqif küçəsində, o cümlədən Qırmızı qəsəbə və Alekseyevka
kəndində ümumilikdə 100-ə yaxın mənzili və həyətləri su basıb.
Yarım saat ərzində yağan leysan nəticəsində kanalizasiyalar daşıb
və çirkab suları evlərə dolub. Nəticədə bəzi ev əşyaları sıradan
çıxıb. Hazırda dəymiş ziyanın araşdırılması istiqamətində iş
aparılır.
Qeyd edək ki, ötən ilin analoji dövründə də Qubada leysan yağışları
nəticəsində bir sıra evlərə xeyli ziyan dəymişdi.