Azərbaycana 300 min dollar yardım gəlir
29 Avqust 2013 15:49 (UTC+04:00)
Asiya İnkişaf Bankı (AİB) Azərbaycan Mərkəzi Bankına (AMB) texniki
yardım ayıracaq. AİB-in yaydığı məlumata görə, AMB-yə ayrılacaq
texniki yardımın məbləği 300 min ABŞ dolları təşkil edəcək. Texniki
yardım ölkədə mikromaliyyə mühitinin yaxşılaşdırılması, o cümlədən
mikromaliyyə sahəsində hüquqi bazanın təkmilləşdirilməsi,
sahibkarların hüquqlarının qorunması, maliyyə savadlılığının
artırılması və s. məsələlərin həlli üçün nəzərdə tutulub.
(biznesjurnal.com)