Prodüsser Tolik xalq artisti Aygün Kazımovanın
müdafiəsinə qalxıb.
Axşam.az-ın məlumatına görə, o, İnstaqram səhifəsində
müğənni haqqında bunları yazıb:
"Şou-biznes əhlindən kim Aygün Kazımovaya söz atsa, bilsin ki,
cavablarını Tolik verəcək.
Güvəndiyiniz dağlara çoxdan qar yağıb, ona görə də oturub yerinizdə
indi də bərkgedənlik etmək istəyirsiniz. Amma bilin ki, sizdə bu
alınmaz. Çünki bəziləridə bu cür göylə gedirdi, axırı gördük necə
oldu.
İndi haralara düşüblər. Ona görə də yaxşısı budur, susun.
Yoxsa..."