Azərbaycan prezidenti İlham Əliyev avqustun 29-da Sabirabad rayonuna səfər edib.
Dövlət başçısı əvvəlcə Heydər Əliyevin Sabirabad şəhərindəki abidəsi önünə gül dəstəsi qoyub.
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov prezidentə meydanda aparılan abadlıq işləri barədə məlumat verib.
Bildirilib ki, tamamilə yenidən qurulan meydanın ərazisi 8,5 min kvadratmetrdir. Burada dörd fəvvarə quraşdırılıb, müasir işıqlandırma sistemi yaradılıb. Meydanın ərazisində YAP Sabirabad rayon təşkilatı üçün inzibati bina inşa edilib, Rayon İcra Hakimiyyətinin, Mədəniyyət Evinin və digər dövlət idarələrinin binalarının fasadları yenidən qurulub.