Ölkə ərazisində lokal qısamüddətli yağış yağacağı proqnozlaşdırılır

29 Avqust 2013 20:35 (UTC+04:00)

Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz olacağı gözlənilir.

Bu barədə məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilib.

Məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 19-24, gündüz 30-34 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 25-26 dərəcə təşkil edəcək.

Azərbaycanın rayonlarında avqustun 30-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə böyük dağlıq ərazilərdə lokal qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 20-25, gündüz 33-38, dağlarda gecə 10-15, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.