Alimlər laboratoriya şəraitində insan beyninə olduqca yaxın beyin yetişdirib
29 Avqust 2013 21:15 (UTC+04:00)
Alimlər laboratoriya şəraitində insan beyninə olduqca yaxın beyin
yetişdirib.
Avstriya və Britaniya alimləri tədqiqiata insan hüceyrələrindən
istidafə etməklə insan toxumaları yaratmaqla başlayıb. Daha sonra
kimyəvi maddələr və zülallarla beynə yaxın orqan yaradıblar.
9 həftədən sonra formalaşmış cisimdə retina görünməyə başlayıb.
Alimlərin beyin orqanoidi adlandırdıqları bu beyin insan beyni
deyil, lakin ona çox bənzərdir.
Alimlər deyir ki, beynəbənzər kürəciklər qulaqlar arasında olan
yeri əvəz edə bilməz. Beynin çox hissələri mövcud olsa da onlar
yerində deyil
Süni beyin beynin inkişafı və inkişaf anormallıqlarını müşahidəsinə
imkan yaradır.