Britaniya parlamenti Suriyaya müdaxiləyə icazə vermədi
30 Avqust 2013 12:57 (UTC+04:00)
Britaniya parlamenti hökumətin Suriyaya hərbi müdaxilə ilə bağlı
təklifinə yox deyib. Icmalar palatasında keçirilən müzakirələrdə
272 nəfər təklifin leyhinə, 285 nəfər isə əleyhinə səs verib.
Səsvermənin nəticəsi bəlli olduqdan sonra isə Britaniyanın baş
naziri Devid Kemeron deyib ki, parlamentin və xalqın iradəsinə
hörmətlə yanaşır.