Bakıda iki dost dənizdə batdı
30 Avqust 2013 14:24 (UTC+04:00)
Bakıda dənizdə iki dost batıb. Xəzər rayon Polis İdarəsindən
Movqe.az-a verilən məlumata görə, hadisə Xəzər dənizinin
Şüvəlan qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
İki dost - 1981-ci il təvəllüdlü Anar Davud oğlu Mirzəyev və
1982-ci il təvəllüdlü Rəsul Nəriman oğlu Allahverdiyev dənizdə
çimərkən batıblar.
Hər iki şəxsin cəsədi sudan çıxarılaraq Məhkəmə Tibbi Ekspertiza
şöbəsinə təhvil verilib.
Faktla bağlı Xəzər Rayon Prokurorluğundan araşdırma aparılır.