ABŞ Britaniyanı Suriyaya hücuma razı salmağa çalışacaq
30 Avqust 2013 19:58 (UTC+04:00)
merika Birləşmiş Ştatlarının müdafiə naziri Çak
Heygel Böyük Britaniya parlamentinin Suriyaya hərbi münaqişəni
dəstəkləməməsinə münasibət bildirib. Səfərdə olduğu Filippində
prezident 3-cü Beninyo Akino ilə görüşündə bu barədə danışan Çak
Heygel bildirib ki, ABŞ britaniyalıların bu mövqeyini dəyişmək üçün
təşəbbüsləri davam etdirir.
"Hər bir xalqın öz qərarlarını qəbul etmək hüququ
var və biz bütün xalqların bu hüququna hörmət edirik. Lakin bütün
müttəfiqlərimizlə olduğu kimi, britaniyalılarla da
məsləhətləşmələri davam etdiririk. Məsləhətləşmələrə Suriyada
kimyəvi silah hücumlarına cavab vermək istiqamətində birgə
təşəbbüslər daxildir. Britaniyalılar Suriya rejiminin kimyəvi
silahdan istifadəsini kəskin şəkildə tənqid edirlər və
parlamentdəki səsvermə bunu dəyişmir", - deyə Çak Heyqel
bildirib.
Xatırladaq ki, avqustun 21-də Suriyanın paytaxtı
Dəməşqdə zarin qazından istifadə nəticəsində azı 355 nəfərin öldüyü
iddia edildikdən sonra Böyük Britaniya da ABŞ-la birlikdə Əsəd
hökumətini ittiham etmişdi.