Zahid Orucun kompaniyadan bu günə kimi 43 minə yaxın imza toplayıb
30 Avqust 2013 19:56 (UTC+04:00)
Artıq bir həftədən çoxdur ki, Azərbaycan Respublikasının
Prezidentliyinə namizəd, millət vəkili Zahid Məhərrəm oğlu Orucun
Seçki Qərargahı fəaliyyətə başlayıbdır. Qərargahın rəhbəri Ərəstun
Əlioğlunun Mövqe.az-a vermiş olduğu məlumtlara görə, Qərargah tam
gücü ilə işləyir. Digər tərəfdən imzatoplama kompaniyasında
irəliləyişlər hər keçən saatda bir qədər də artmaqdadır. Belə ki,
Zahid Məhərrəm oğlu Orucun Azərbaycan Respublikasının
Prezidentliyinə namizədliyinin rəsmən təsdiq edilməsi üçün avqustun
18-dən başlanan kompaniyadan bu günə kimi artıq 43 minə yaxın imza
toplanmışdır. Qərargah rəhbərinin vermiş olduğu məlumata görə hal
-hazırda imza toplama kompaniyası bir çox Seçki Dairəsini
əhatə edib. Seçki Qərargahının rəhbəri eyni zamanda qeyd edib
ki, onlar imzatoplama kampaniyası çərçivəsində Azərbaycanın bütün
etnik və milli coğrafiyasını əhatə etməyə çalışıblar. Çox
maraqlıdır ki, imzatoplama kompaniyasında namizədin doğulub böyüyüb
başa çatdığı Gədəbəy rayonunun insanları, o cümlədən rayonun
İvanovka kəndində yaşayan rus millətindən olan insanları da aktiv
şəkildə iştirak ediblər. Sitat: "Biz həmin rus millətindən olan
vətəndaşlarımızın bu addımını çox yüksək qiymətləndirir və onlara
öz dərin minnətdarlığımızı bildiririk. Bu insanlar yüz illərdir ki,
Azərbaycanda, onun ən səfalı guşələrindən biri olan Gədəbəydə
yaşayır, fəaliyyət göstərir, dövlətçiliyimizə sədaqətlərini nümayiş
etdirilər. Onların içərisində torpaqlarımızın bütövlüyü uğrunda
şəhid olanlar da var. Bunları unutmaq olmaz. Bu gün istər rus
millətininnümayəndələri, istərsə digər millətlərin nümayəndələri
respublika hakimiyyətinin diqqət və qayğısı ilə əhatə olunublar. Bu
gün də bu siyasət uğurla davam etdirilir. Ümumiyyətlə,
çoxmillətlilik və tolerantlıq hamımızın qürur mənbəyimizdir. Bu
baxımdan, miqyasına görə ümumxalq əhəməyyəti daşıyan seçkilərdə hər
bir dini və milli dəyərləri bölüşən insanlara geniş meydan
verilməsi hər birimizin başlıca işinə çevrilməlidir" -deyə, Seçki
Qərargahının rəhbəri sözlərinə əlavə edib. Qeyd edək ki, Zahid
Məhərrəm oğlu Orucun namizədliyi avqustun 13-də özü tərəfindən
irəli sürülmüş və 17-də MSK-da onun namizədliyi təsdiq
edilmişdir.