"Bəs deyirdiniz sentyabrda istidən çölə çıxmaq olmur?"
2 Sentyabr 2013 11:49 (UTC+04:00)
Mövqe.az-ın məlumatına görə, Millət vəkili Fazil Mustafa yeni dərs
ilinin sentyabrın 1-dən başlaması barədə səsləndirdiyi təklifə irad
bildirənlərə "Facebook"da yazdığı statusla cavab verib. O, bu
gün havanın küləkli olmasını qeyd edərək, onu tənqid edənlərin
cavablarını belə verib:
"Bu gün sentyabr ayının 2-si. Bakıda hava küləklidir, sərindir və
narın yaxış yağır. Bəs deyirdiniz sentyabrda istidən çölə çıxmaq
olmur? Məktəblilərin və tələbələrin böyük əksəriyyəti Bakıda
yaşayır. Necə olur ki, Allahın əvəzinə havanı keyfiyətini
müəyyənləşdirib millətin təhsil alma vaxtını qısaldırsınız?"