Bakıda ana və iki azyaşlı uşağını maşın vurub. Xətai Rayon Polis
İdarəsindən Movqe.az-a verilən məlumata görə, yol-nəqliyyat
hadisəsi bu gün səhər 08.45 radələrində Nobel prospektində qeydə
alınıb.
Belə ki, Asəf Əsgərov idarə etdiyi 90-EZ-736 dövlət nömrə nişanlı,
"Toyota Prado" markalı avtomobili arxadan Murad Talıb oğlu
Talıbovun idarə etdiyi 99-ES-736 dövlət nömrə nişanlı KİA markalı
avtomobilə çırpıb.
Zərbənin təsirindən KİA yolu keçən Ellada İsmayılovanı, qızı Fidanı
və oğlu - 5 yaşlı Əlini vurub. Nəticə Əli hadisə yerində ölüb, E.
İsmayılova və Fidan isə ağır xəsarətlə Klinik Tibbi Mərkəzə
yerləşdirilib.