"Konqresin qərarından asılı olmayaraq Barak Obama qərar vermək səlahiyyətinə malikdir"
2 Sentyabr 2013 13:59 (UTC+04:00)
ABŞ dövlət katibi Con Kerrinin bildirdiynə görə, müstəqil
yoxlamalar keçən həftə Suriya paytaxtı Dəməşqdə mülki vətəndaşlara
qarşı hücumda sarin qazından istifadəni təsdiq edib.
Cənab Kerri CNN-ə açıqlamasında hadisə yerindən Birləşmiş Ştatların
təqdim oluann saç və qan nümunələrinin yoxlanışı hücum zamanı sarin
qazından istifadəni aşkara çıxarıb.
Suriyaya müdaxilə barədə sənədin Konqresə təqdim olunmasına da
münasibət bildirən dövlət katibi deyib ki, o, ABŞ Konqresinin
düzgün olanı edəcəyinə əmindir. Ancaq Con Kerri əlavə edib ki,
prezident Barak Obama hələ də Konqresin verəcəyi qərardan asılı
olmayaraq kimyəvi silahdan istifadə edən Suriya hökumətinə qarşı
qərar vermək səlahiyyətinə malikdir.
Suriya dövlət xəbər agentliyi prezident Bəşar Əl-Əsədə istinadən
Suriyanın hər hansı xarici müdaxilənin qarşısını almaq iqtidarında
olduğunu bildirib.