Meyxanaçı qəzəbləndi : "Mənə yuxarıdan aşağı baxırlarsa ..."
2 Sentyabr 2013 15:30 (UTC+04:00)
Nadir Qafarzadə Ayanla birləşib Samir Vidanın "Sənin üçün"
mahnısını oğurladı. Bunu iddia edən meyxanaçı Samir Vida Mövqe.az-a
qalmaqallı məsələ ilə bağlı açıqlama verib: "Əvvəla onu
nəzərinizə çatdırım ki, produsserim yoxdur nəinki hələ Pənah
adında... Əgər məndən icazə alıblarsa hanı rəsmi icazələri gətirib
göstərsinlər. Qanuni dövlətdə yaşayırıq burada əsas kağız üzərində
yazılardır. Hər yoldan ötəndən icazə alıb deyəcəklər ki, icazə
almışıq? Buna da aydınlıq gətirim ki,deyirlər mən guya özümü reklam
edirəm və popularlıq qazanmaq istəyirəm. Reklam edən olsam
popularlıq istəsəm başqa şeylərlə edərdim. Hər halda mahnının
dinlənməsinə baxsaq kimin ifasında daha popular olması ortaya
çıxar. 240 mindən çox izlənmə mənim ifamda ,11 min izlənmə isə
onların ifasında. İndi baxın kimdi popular olmaq istəyən?! Belə
populardılarsa və mənə yuxarıdan aşağı baxırlarsa onlardan
popularlıqda aşağı saydıqlarının mahnısını heç bir haqq ödəmədən
oxuyub popular olmaq istməyəydilər. Aşağıdakı videoda izlənmə
saylarına baxın bu da mənim sübutum. Danışanda sübutnan
danışsınlar".
Samir Vida http://www.youtube.com/watch?v=ZuUD6B0bapM
Nadir Ayan http://www.youtube.com/watch?v=FnKSTTH-Vaw
Nəzərinizə çatdıraq ki, bir neçə gün öncə mahnının müəllifi
Samir Vida "Sənin üçün " mahnısının icazəsiz halda Ayan və Nadir
Qafarzadə tərəfindən oxunması barədə narazıçılığını
bildirmişdi.