Movqe.Az xəbər verir ki, dünyanın ən cazibədar qadınlarından biri olaraq görülən "Victoria 's Secret" modeli Miranda Kerr aldadılma qorxusu yaşayır. Avstrayalı modelin həyat yoldaşı Orlando Blum, rol yoldaşı ABŞ-lı aktrisa Condola Raşad ilə Nyu Yorkdakı fotoşəkil çəkilişində dodaq-dodağa öpüşərkən görüntülənmişdi. Cütlüyə yaxın bir qaynaq internetdə, "Ərini qısqanmaqdan özünü saxlaya bilmir" deyə yazıb.