Araz Ağalarovun Rusiyaya ilə bağlı şok açıqlamaları (VİDEO)
2 Sentyabr 2013 17:53 (UTC+04:00)
Rusiyada yaşayan azərbaycanlı biznesmen, "Crocus
Group" şirkətinin prezidenti Araz Ağalarov Rusiyanın ТВ sentr
kanalının "Vremenno dostupno" proqramının qonağı olub. ANS PRESS-in
məlumatına görə, Azərbaycanda və Rusiyada milyarderlər siyahısında
yer alan Araz Ağalarovla maraqlı müsahibə alınıb. Müsahibəni
ixtisarla təqdim edirik:
-Biznesmenlər mediaya çox vaxt qapalı olurlar.
Sizcə bu nədən irəli gəlir? -Bunları şərh etməyə bir az çətinlik çəkirəm,
həmkarlarımla çox da tanış deyiləm. Onlarla elə də yaxın münasibət
qurmuram. Daha çox uşaqlıq dostlarım, şəxsən məndə maraq oyadan
insanlarla münasibət qururam. Daha çox tennis təlimçisi ilə, boks
üzrə məşqçilərlə söhbət edirəm münasibət qururam. Təəccüblü olsa da
bu belədir. (Gülümsəyir)
-Siz elə düşünmürsünüzmü ki, iş adamları ilə
birlikdə oturub-dursalar daha gözəl olar? -Mən elə düşünmürəm.
-Görürük ki, milyarderlər heç cürə yerlərində
dayana bilmirlər, daha çox pul qazanmaqla yeni nələrsə yaratmağa
çalışırlar... Bu nədən irəli gəlir, nəyə görə əlinizdə olanlarla
kifayətlənmirsiniz? -Mən yenə də öz adımdan danışacam, kiminsə yerinə
heç nə deyə bilmərəm. Misal üçün bir proekt hazırlayıram onu
reallaşdırıram və bu lahiyə öz yerini tutduqdan sonra bu biznesi
yürüdə bilən işçilərimdən peşəkarlara həvalə edirəm. Özüm isə
keçirəm daha başqa bir proekt yaratmağa, bununla qazanılan pullar
dövriyyə olunur və böyük işlər yaranır. Necə düşünürsünüz belə
maraqlı işin içində olsanız siz dayana
bilərsiniz?
-Sizin planınız nədir, nə qədər qazanmaq
istəyirsiniz? -Əvvəllər hansısa binanı, kvadrat-metrləri tikməyi
arzulayırdıqsa, amma indi belə deyil. Artıq satmaq üçün yaratmırıq.
Konsert zalları, ticarət mərkəzləri tikirik. Hətta insanların
maraqlı olduğu metrostansiyalar tikirik və bu işin davamını gətirə
biləcəyik.
-Hamıya ilk addım maraqlıdır. Hansısa bir işi
başlamaq istəyən insan hardansa bir az pul tapır və nə ilə
başlayacağını düşünür. Sizcə o, nədən pul çıxarda
bilər? -Elə insanlar çoxdur və elə də çox miqdarda pul
lazım deyil. Hansısa xırda işdən başlamaq üçün, sadəcə aqıl
işlətmək lazımdır. Misal üçün tanıdıqlarımdan birindən danışım.
Həmin adam Amerikada ticarət mərkəzlərindən birində balaca bir
stomatologiya otağı açdı. Ona qədər Amerikada hec kim bunu
etməmişdi. Bu uğurlu addım idi, çünki orada insanlar çox olur.
Sonralar bir neçəsi açdı. İndi isə o, Amerikada ən böyük
stomatoloji mərkəzin sahibkarıdır.
-Mənə elə gəlir ki uğurlu biznesmen o insandan
alınar ki, öz işini sevsin. Necə düşünürsünüz? -Sizinlə razıyam. Mənə elə gəlir ki, uğurlu
insanlar bu sevgi ilə dünyaya gəliblər. Çox insanlara rast gəlmişəm
bacarıqlıdırlar, amma nə isə bir iş göməyə can atmırlar. Onlar
razıdırlar ki, rahat öz iş yerlərində oturub, aylıq maaşlarını
alsınlar. Risk edib nələrəsə nail olmağa çəkinirlər ki, birdən
alınmaz. Uğura nail olmaq üçün risk etməyi bacarmaq
lazımdır.
-Risk etmirlər, addım atmırlar, sonra da deyirlər
ki, biz işləyirik əzyətimizlə maaş alırıq amma başkaları rahat
yerlərində oturublar, pul ayaqlarına gəlir. Onlar oğrudurlar, mən
isə yox!? -Bizdə 70-ci illərin tərbiyəsi var, komunistdən
gələn sözlərdi bunlar. Biznesmenə "alverçi" və yaxud da başqa
ifadələr qoşurlar. Bunlar pozitiv emosiyalar yaratmır. Əslində isə
ölkə özü elə biznesmenlərdən ibarətdir. Biz yaradırıq, bu işdən
vergilər, polislər və başka idarələr pul əldə edir. Mənim fikrimcə
indiki zamanda biznsmenləri sıxışdırırlar, çətinliklər yaradırlar,
imkan vermirlər daha da böyük uğurlar
qazansınlar.
-70-ci illərdən danışdıq. O dövrdə imkanlı
insanlar öz pullarını sərgiyə çıxartmırdılar. Təəsüflər olsun ki,
indi belə deyil, milyarderlər öz imarətgahlarını, yaxtalarını,
maşınlarını hər zaman diqqət mərkəzində saxlayırlar. Elə ona görə
də insanları qıcıqlandırırlar. -Buna nümayəşkanə istifadə deyilir. Bu yüksəliş
xəstəliyidir, bunu edənlər sonradan görənlərdir. Kasıb yaşayıb,
sonra varlananlar belə edirlər. İnandırım ki, bu insanlar ev
tikdirəndə tavanını 6 metr etdirirlər. (
gülümsəyərək)
-Onda belə çıxır ki, siz də nə vaxtsa 6 metrlik
tavanı olan evlər tikdirmisiniz? -Xeyir, çünki mən döğulanda artıq bunları
görmüşdüm. Sovet vaxtına görə kasıb ailədə yaşamamışam. Anam da,
atam da professor olublar. Anadan olanda artıq maşın
görmüşəm.
-Azərbaycanın böyük şəxsiyyəti, biznesmeni olaraq
Rusiyadakı yaşama nə deyə bilərsiniz? -Bu gün taciklərə, ermənlərə, azərbaycanlılara
belə rəfdar etmələrinə münasibət bildirmək istərdim. Bildirim ki,
Rusiyada universitet inşa etmək üçün mənə 35.000 işçi lazım idi -
fərqli sahələrdən mühəndis, armatur işçisi və s. Əgər indi bu
tikintiyə, insanlara buraxılmalı pulu hesablasaq, indi Rusiyaya
25-30 milyon işçi quvvəsi lazımdır, hansıki bu burada yoxdur.
Rusiya isə ayrı ölkələrdən gələn işçiləri qovur ölkəsindən.
Deyirlər başqaları gəlib ucuz pula işləyirlər, bizə iş
qalmır.
Sonra isə qeyd edim, 1800-ci ildə Yer planetinin
əhalisi milyard insan təşkil edəndə Rusiya imperiyası 100 milyon
idi və 10%-lı əhali ilə Rusiya imperiyası dünya resurslarının
30%-ina nəzarət edirdi. Hal- hazırda isə planetin əhalisi 7 milyard
təşkilini keçdiyi halda Rusiyada 140 milyon yaşayırsa, bu o
deməkdir ki, artıq əhali sayı 1%-i biraz keçir. Bu vəziyyətdə başqa
ölkələrdən gələnləri ölkədən qovmaq heç də məntiqə uyğun deyil.
Moskvada olmasa da, heç olmasa qıraq şəhərlərdə şəraət yaratmaq
lazımdır ki, qoy gəlsinlər, yaşasınlar və əhali
çoxalsın.