DAŞKƏSƏN RAYONUN TƏHSİL İŞÇİLƏRİNİN ƏNƏNƏVİ SENTYABR KONFRANSI ÖZÜNÜTƏNQİD RUHU İLƏ YADDA QALDI

2 Sentyabr 2013 19:20 (UTC+04:00)

Daşkəsən rayon təhsil işçilərinin nümayəndələri və ictimaiyyət fəalları konfrans günü hörmət və ehtiram əlaməti olaraq ilk öncə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində olan abidə kompleksini ziyarət etmişlər.

Sonra konfrans rayon mədəniyyət evində öz işini davam etdirmişdir. Konfransın işində Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev, Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Sübhi Kazımov iştirak etmişlər.

Rayon Təhsil şöbəsinin müdiri Nazim Verdiyev hesabat məruzəsi ilə çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti sahəsində ölkəmizin iqtisadi qüdrəti durmadan yüksəlir, adamların maddi-rifah halı yaxşılaşır, vətənimizin beynəlxalq miqyasda şöhrəti artır. İndi Respublikamızın hər yerində geniş tikinti-quruculuq işləri aparılır, hər bir şəhər və qəsəbədə istirahət güşələrinin yaradılmasına yeni mədəni və sosial obyektlərinin tikintisinə diqqət artırılmışdır.

Ölkədə təhsil işçilərinin maddi-rifah halının yaxşılaşdırılması, onlara göstərilən diqqət və qayğı dövlətimizin daim diqqət mərkəzindədir. Bu günlərdə müəllimlərin , ümumilikdə respublikanın təhsil işçilərinin əmək haqqlarının Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən artırılması bunun bariz ifadəsidir.

Biz, rayonumuzun bütün müəllimləri adından təhsil işçilərinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk.

Bütün ölkədə olduğu kimi Daşkəsəndə də tikinti-abadlıq işləri geniş vüsət almış, rayonun qəsəbə və kəndlərin abadlaşması istiqamətində mühüm işlər görülür.

Hörmətli başçımız cənab Əhəd Abıyevin müəllifi olduğu "Yeni Daşkəsən" layihəsinin həyata keçirilməsi sayəsində Daşkəsən respublikamızın ən gözəl güşələrindən birinə çevriləcəkdir. İndi rayonun ən ucqar kəndlərinə asfalt yollar çəkilir, hər bir yaşayış məntəqəsində səliqə-səhman yaradılır. Bunu rayonun bütün sakinləri dərin razılıq və sevinc hissi ilə qarşılayırlar.

Son illər ölkə başçısı cənab İlaham Əliyevin diqqət və qayğısı , həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə təhsil sahəsində köklü islahatlar aparılır, milli təhsilimiz inkişaf etmiş ölkələrin təhsilinə inteqrasiyası istiqamətində mühüm addımlar atılır.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən "2011/2021-ci illərdə təhsilin inkişafı üzrə Milli strategiya"nın hazırlanması ilə bağlı Dövlət Komissiyasının yaradılması ölkəmizin ictimai-siyasi həyatında ən mühüm hadisə olmuşdur.

Rayon Təhsil şöbəsinin müdiri Nazim Verdiyev nitqinə davam edərək demişdir ki, Azərbaycanda təhsilin inkişafı, bu sahədə islahatyönümlü tədbirlərin durmadan həyata keçirilməsi, milli təhsilimizin qabaqcıl ölkələrin mütərəqqi təhsil sistemlərinə inteqrasiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsil haqqında konseptual fikirlərindən qaynaqlanır: "Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik.Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir. Təhsil cəmiyyətdə tərəqqinin hərəkətverici qüvvəsi olmaqla intelektual potensialın formalaşmasında, milli-mənəvi dəyərlərin qorunub-saxlanmasında, şəxsin, vətəndaşın fərdi inkaşafında, hüquqi cəmiyyətin qurulmasında mühüm rol oynayır".

Respublikamızın hər yerində olduğu kimi, Daşkəsən rayonunda da təhsil islahatının həyata keçirilməsi, ümumtəhsil məktəblərinn maddi-texniki bazasının möhkəmləndirilməsi, şagirdlərin elmi biliklərə dərindən yiyələnməsi üçün normal şəraitinin yaradılması, tədris prossesinin təkmilləşdirilməsi sahəsində uğurlu nəticələr əldə edilmişdir.

Məlumat üçün bildirim ki, 2012/2013-cü dərs ilində Rayon Təhsil Şöbəsinin tabeliyində 46 ümumtəhsil məktəb, o cümlədən 26 tam orta, 16 ümumi orta, 4 ibtidai, 4 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərmişdir.

Rayonun təhsil ocaqlarında gənc nəslin təlim-tərbiyəsi ilə 618 nəfər müəllim məşğul olmuşdur ki, onlardan 396 nəfərini qadınlar təşkil edir. Təhsil sahəsində qazandıqları nailiyyətlərə görə 6 nəfər "Əməkdar müəllim" adına, 5 nəfər isə "Tərəqqi" medalına layıq görülmüşdür. Ötən dərs ilində ümumtəhsil məktəblərinə 3543 nəfər şagird cəlb edilmişdir.

Təhsil şöbəsinin müdiri dərin minnətdarlıq hissi ilə qeyd etmişdir ki, 2012/2013-cü dərs ilində rayonumuzda tədrisin maddi-texniki bazasının möhkəmləndirilməsi, şagirdlərin normal təhsil almaları üçün lazımi şəraitin yaradılması istiqamətində görülən işlərin səviyyəsi ötən illəırə nisbətən daha geniş miqyas almışdır. Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevin yaxından köməyi, daimi diqqəti və qayğısı sayəsində yeni məktəb binalarının tikintisi, ümumtəhsil məktəblərin əsaslı təmiri, təhsil ocaqlarının texniki-təlim vasitələri ilə təmin edilməsi sahəsində diqqətəlayıq işlər görülmüşdür.

Hörmətli Başçımız cənab Əhəd Abıyevin şəxsi təşəbbüsü ilə ötən dərs ilində rayonun Muşavaq, Əmirvar, Bayan, Quşçu, Əmirvar-Əhmədli, Mollahəsənli kəndlərində və Daşkəsən qəsəbəsində yeni məktəb binalarının tikintisinə başlanmışdır. Keçən dərs ilində Daşkəsən qəsəbəsində tam orta və Bayan kəndində ümumi orta məktəbi şagirdlərin istifadəsinə verilmişdir. Yeni dərs ilində Muşavaq, Mollahəsənli, Əmirvar, Quşçu və Əmirvar-Əhmədli kəndlərində müasir tipli təhsil ocaqları öz qapılarını şagirdlərin üzünə açacaqdır.

İ.Nəsimi adına 1 saylı, A.Mürsəlov adına 2 saylı şəhər, Gurbulaq kənd ümumtəhsil məktəbləri Hörmətli Başçımızın şəxsi vəsaiti hesabına cari təmir edilmiş, 200 ədəddən artıq şagird partası, stol, stul, yazı lövhələri təhsil müəssisələrinə hədiyyə olunmuşdur.

Bundan başqa 2014-cü ildə hörmətli Başçımız cənab Əhəd Abıyevin təklifi və təşəbbüsü ilə rayonun daha 26 ümumtəhsil məktəbinin əsaslı təmirinə və tikintisinə başlanılacaqdır.

Təhsilin inkişafına göstərdiyi qayğıya və misilsiz xidmətlərinə görə rayonun bütün müəllimləri adından hörmətli Başçımız cənab Əhəd Abıyevə dərin təşəkkürümüzü bildiririk.Məlumat üçün qeyd edim ki, hələ bu gunədək rayonumuzda məktəb tikintisinə bu cür siqqət və qayğı olmamışdır.

Rayonda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin böyük əksəriyyəti müasir tədris avadanlıqları ilə ( şagird, müəllim masası, kitab şkafı, yazı lövhəsi və s.) təchiz edilmiş, ümumilikdə məktəblərə 52 000 manatlıq avadanlıq paylanmışdır.

Natiq nitqində onu da vurğulamışdır ki, yola saldığımız dərs ilində rayon Təhsil şöbəsinin fəaliyyətinin əsas istiqamətlərindən biri məzmun islahatları sahəsində yeni kurikulumların tətbiqi prosesini müntəzəm nəzarətdə saxlamaq, bu vacib işin yerinə yetirilməsinə ardıcıl əməli köməklik göstərmək, nəticələrin monitorinqi və qiymətləndirilməsini aparıb təkliflər hazırlamaq, eyni zamanda pedaqoji ictimaiyyət arasında maarifləndirmə tədbirlərini gücləndirmək olmuşdur. Artıq məlumdur ki, ibtidai siniflərdə kurikulumun tətbiqi, bu sahədə ibtidai sinif müəllimlərinin hazırlanması və maarifləndirilməsi işləri başa çatmışdır. Yeni təlim üsulu tədris prosesinin təkmilləşdirilməsində, ayrı-ayrı fənlərin şagirdlər tərəfindən mənimsənilməsində güclü təsirə malik olmuşdur. Müşahidələr göstərmişdir ki, kurikulum tətbiq edilən ibtidai siniflərdə şagirdlərin fəallığı, sərbəst düşünmək qabiliyyəti onların yaradıcılıq potensialının inkişafına əsaslı zəmin yaratmışdır. Rayonun ümumtəhsil məktəblərinin ibtidai siniflərində ötən illərlə müqayisədə "4" və "5" qiymətlərlə oxuyan şagirdlərin sayı xeyli artmışdır. İ.Nəsimi adına 1 saylı, A.Mürsəlov adına 2 saylı, S.Vurğun adına 4 saylı şəhər, Xoşbulaq kənd tam orta məktəblərində yeni təlim üsulunun tətbiqi sahəsində zəngin təcrübə toplanmışdır. İbtidai sinif müəllimlərindən Nailə Yusifova, Aybəniz Sədirova, Məlahət Bağırova, Məlahət İmamverdiyeva və başqaları daha yaxşı nəticələr göstərmişlər.

2012/2013-cü dərs ili ərəfəsində ümumtəhsil məktəblərinin V siniflərində yeni fənn proqramları (kurikulumlar) əsasında tədrisə başlayacaq 270 nəfərədək fənn müəlliminin nəzəri və praktik hazırlığının təkmilləşdirilməsi istiqamətində 60 saatlıq proqramı üzrə 10 günlük öyrədici təlim kursları keçirilmişdir.V siniflərdə ayrı-ayrı fənlər üzrə təşkil olunmuş təlim kurslarında iştirak edən müəllimərə sertifikatlar verilmişdir.

Məruzəçinin məlumatından aydın olmuşdur ki, ümumtəhsil məktəblərində təhsil alan IX və XI sinif şagirdlərinin mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imtahanlarını Tələbə qəbulu üzrə Dövlət Komissiyası aparır. Buraxılış imtahanlarına hazırlıqla əlaqədar olaraq rayon Təhsil şöbəsi 2013-cü ilin yanvar ayında IX və XI sinif şagirdləri arasında test sınaq imtahanları keçirmişdir. Sınaq imtahanlarının nəticələri rayon Təhsil şöbəsinin Şura iclasında geniş müzakirə olunmuş, hazırlıq işləri nəzarətə götürülmüş, buraxılış imtahanlarına hazırlığın səviyyəsini yüksəltmək məqsədi ilə tədbirlər planı hazırlanmış, pedaqoji kollektivlərə köməklik üçün əməkdaşlarımız məktəblərə təhkim olunmuşlar.

XI siniflər üzrə buraxılış imtahanlarının nəticələri ötən illərlə müqayısədə yüksək olmuşdur. Belə ki, XI sinfi bitirmiş 239 nəfəri məzunların hamısı orta təhsil haqqında attestat almışdır .

Rayonun tam orta məktəb məzunlarından 85 nəfəri respublikanın ali məktəblərinə qəbul olunmaq üçün ərizə vermişdir. Onlardan 43 nəfəri ölkənin nüfuzlu ali məktəblərinə qəbul olunmuşdur.Müqayisə üçün qeyd etmək istəyirəm, ötən dərs ilinə nisbətən ümumtəhsil məktəblərin məzunlarının ali məktəblərə qəbulu cari ildə 16 nəfər çox olmuşdur. Buna görə rayonun pedaqoji kollektivi sevinir və gələcəkdə daha yaxşı işləməyə ruhlanır.

Mövcud vəziyyət diqqətlə araşdırılanda məlum olur ki, rayonun bir sıra ümumtəhsil məktəblərində şagirdlərin təhsil səviyyəsinin yüksəldilməsinə prinsipial mövqedən yanaşılsaydı, şagirdlərə dərin və əsaslı biliklər verilməsində fənn müəllimlərinin fəaliyyətinə ciddi nəzarət olunsaydı məzunların ali məktəblərə qəbulunda daha yüksək nəticələr əldə edilə bilərdi.

Qeyd etmək istəyirəm ki, ali təhsilin əhəmiyyəti, dövlət işlərində və ictimai-siyasi fəaliyyətdə ali təhsilli mütəxəssislərin rolu və əhəmiyyəti barədə cəmiyyət arasında, xüsusi ilə də şagirdlərlə aparılan maarifləndirmə işləri tələb olunan səviyyədə həyata keçirilmir. Lakin unutmaq lazım deyil ki, hər bir cəmiyyətin gələcək inkişafı təhsilin səviyyəsindən asılıdır. Ölkəmizin iqtisadiyyatının möhkəmləndirilməsi, adamların sosial-rifah halının yaxşılaşdırılması, savadı, yüksək mədəniyyətə malik insanların fəaliyyəti ilə daha sıx bağlıdır.

Müşahidələr göstərir ki, rayonun bəzi ümumtəhsil məktəblərində tədris prossesinin təkmilləşdirilməsinə, müəllim və şagird kollektivinin dərslərə davamiyyətinə, müəllimlərin fəaliyyətinə nəzarət işi pis təşkil olunmuşdur. Quşçu qəsəbə, Çanaqçı, Mollahəsənli, Qaraqullar, Təzəkənd, Zinzahal kənd tam orta məktəbləri məzunlarından bir nəfəri belə ali məktəblərə qəbul olunmaq üçün sənəd verməmişdir.

Bildirirəm ki, bu məsələ diqqətlə araşdırılacaq, təhsilyani şura iclasında prinsipiallıqla müzakirə olunacaq, öz işinə məsuliyyətsiz yanaşan məktəb rəhbərləri haqqında ciddi tədbirlər görüləcəkdir.

Fövqaladə Hallar Nazirliyinin Qəbələ şəhərində həyata keçirdiyi tədbirdə İ.Nəsimi adına 1 saylı tam orta məktəbin komandası fəxri kursunun ən yüksək pilləsinə qalxmış, əldə etdiyi uğurlara görə Fövqaladə Hallar Nazirliyinin Fəxri Fərmanına layiq görülmüşdür.

Ötən dərs ilində rayon Gənclər İdman məktəbinin fəaliyyəti qənaətbəxş olmuşdur. Belə ki, rayonun məktəbli idmançıları bir sıra respublika və zona idman yarışlarında rayonunuzun idman şərəfini layiqincə qorumuş, xüsusilə güləş, voleybol, tennis yarışlarında mükafatalayıq yerlər tutmuşlar.

Rayon Şahmat məktəbində də gənc istedadların inkişafı, uşaqların şahmat oyunun sirlərinə dərindən yiyələnmələri üçün məzmunlu tədbirlərin həyata keçirilməsinə böyük önəm verilir. Ötən tədris ilində gənc şahmatçılarımız bir sıra respublika və zona yarışlarda uğurlu nəticələr əldə etmişlər.

Ötən dərs ilində rayon Təhsil şöbəsi şagirdlərə dərin və əsaslı bilik verilməsində, tədris prosesində mütərəqqi təlim metodlarından yaradıcılıqla istifadə edilməsi məsələlərinə xüsusi diqqət yetirilmişdir. Bu məqsədlə rayonun bir sıra ümumtəhsil məktəbində təhsil işçilərinin və rayonun qabaqcıl müəllimlərinin iştiraki ilə araşdırmalar aparılmış, açıq dərslərin dinlənilməsi və müzakirəsi təşkil olunmuşdur. Araşdırmalar zamanı bir neçə qabaqcıl fənn və sinif müəllimlərinin iş təcrübələrinin öyrənilib yayılması tövsiyə olunmuşdur.

Ümumtəhsil məktəblərinin pedaqoji kollektivlkərinə metodiki yardım göstərilməsinin səviyyəsi xeyli dərəcədə yaxşılaşdırılmışdır. Təlim prosesində şagirdlərin fəallığının artırılması, interaktiv metodlarin tətbiqinin təşkil edilməsində rayon Təhsil şöbəsi metodkabinetinin əməkdaşları yaxından iştirak edir, müəllimlərə lazımi köməklik göstərirlər. Rayonun hər bir ümumtəhsil məktəbində açıq dərslərin dinlənilməsində qabaqcıl müəllimlərlə yanaşı valideyinlərin də iştiraki təmin olunur. Rayonun bir sıra təhsil müəssisələri, o cümlədən İ.Nəsimi adına 1 saylı və A.Mürsəlov adına 2 saylı tam orta məktəbləri rayonun qabaqcıl təhsil ocaqlarındandır. Həmin təhsil müəssisələrində çalışan hər bir müəllim öz vəzifə borclarını məsuliyyətlə yerinə yetirir. Ölkəmizin gələcəyi üçün layiqli vətəndaşlar yetişdirməsində əllərindən gələni əsirgəmirlər. Təsədüfü deyil ki, hər il ali məktəblərə qəbul olunan məzunların əksəriyyəti həmin təhsil ocaqlarının yetirmələridilər .

Təhsil işçilərinin ənənəvi konfransında natiq özünütənqidə önəm verərək bildirdi ki, 2012/2013-cü dərs ilində qazanılmış uğurlarla yanaşı, işimizdə nöqsanlar da mövcud olmuşdur. Etiraf olunmalıdır ki, rayonun ümumtəhsil məktəblərinin heç də hamısında qarşıya qoyulmuş vəzifələrin tələb edilən səviyyədə həyata keçirilməsinə tam məsuliyyətlə yanaşılmır. Rayonun bir sıra təhsil ocaqlarında müasir idarəetmə prinsiplərinin pozulmasına yol verilir, pedaqoji kollektivlərdə səmərəli iş mühitinin yaradılmasına lazımi diqqət yetirilmir. Tam orta məktəb məzunlarının müstəqil həyata, cəmiyyətdə əmək fəaliyyətinə hazır olmaması, habelə ali təhsil müəssisələrinə qəbul prosesində uğursuzluqla üzləşmələri, heç şübhəsiz, məktəb direktorlarının, müəllim kollektivinin fəaliyyətsizliyi, vəzifə borclarına yarıtmaz münasibətinin nəticəsi kimi qiymətləndirilməlidir. Belələrinə Alaxançallı, Qıyıqlı, Şahvələdli, Zivlən, Tapan, Bayan, Qabaqtəpə kənd ümumtəhsil məktəblərini misal göstərə bilərik. Araşdırmalar göstərmişdir ki, bunun əsas səbəbi təhsil müəssisələrində pedaqoji kollektivlərin fəaliyyətinə duzgün, səriştəli rəhbərlik edilməsində yol verilmiş ciddi noqsanlar, müəllimlərin işinə müasir tələblər baxımından qiymət verilməməsidir. Etiraf etməliyik ki, həmin təhsil ocaqlarında fəaliyyət göstərən bəzi müəllimlər sinif jurnallarında mövzuların tədris edilməsi barədə qeydlər aparmaqla öz işlərini bitmiş hesab edirlər. Ümumtəhsil məktəblərinin əksəriyyətində Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, xarici dil fənləri üzrə yazı işləri movcud təlimatın tələblərinə uyğun aparılmır.

Bir sıra ümumtəhsil məktəblərində məktəb rəhbərləri, xüsusi ilə də tədris işləri üzrə direktor müavinləri, pedaqoji kollektivlərin işini düzgün əlaqələndirmir, metodbirləşmələrin fəaliyyətinə nəzərəti lazımınca təmin etmirlər. Tədris prosesində yeni təlim üsullarının tətbiqində, müəllimlərin məsuliyyətinin yüksəldilməsində pedaqoji kollektivlərə yardım göstərmirlər. Bəzi ümumtəhsil məktəblərinin rəhbərləri məktəb sənədlərinin düzgün tərtib olunmasına, şagirdlərin dərslərə davamiyyətinə, vəzifə funksiyalarının icrasına məsuliyyətsiz yanaşırlar. Belə hallar Çanaqçı, Qabaqtəpə, Bayan kənd ümumi orta məktəblərin fəaliyyətində aşkar edilmişdir. Məhz buna görə də həmin məktəblərin direktorları maarifyanı şura iclasında cəzalandırılmışlar.

Quşçu qəsəbə, Qabaqtəpə kənd ümumi orta məktəblərinin direktorları verilmiş tapşırıqlarının yerinə yetirilməsinə məsuliyyətsiz yanaşdıqlarına, özləri intizam qaydalarına əməl etmədiklərinə görə onlara axırıncı xəbərdarlıq edilməklə töhmət verilmişdir. Biz bundan sonra da öz işinin öhdəsindən gələ bilməyən, "Təhsil Qanunun" tələblərini pozan məktəb rəhbərləri haqqında prinsipial mövqe nümayiş etdirəcəyik.

Təhsil şöbəsinin müdiri N.Verdiyev məruzəsində onu da bildirmişdir ki, Təhsil Nazirliyinin əməkdaşları tərəfindən İ.Nəsimi adına 1 saylı tam orta məktəbində təşkil olunan seminarlarda rayonun bir qrup sinif və fənn müəllimi yeni təlim texnologiyaları ilə tanış olmuş, bu barədə təcrübə mübadiləsi keçirmişlər. Həmçinın ayrı-ayrı fənlər üzrə 19 nəfər müəllim Azərbaycan Müəllimlər İnstitutunun ixtisasartırma kurslarında olmuşdur. Rayon Təhsil Şöbəsinin sifarişi əsasında Təhsil Nazirliyi tərəfindən keçən dərs ilində rayonumuza işləmək üçün müxtəlif ixtisaslara yiyələnmiş 33 nəfər gənc müəllim göndərilmişdir.Göndərilmiş gənc müəllimlərə hər cür şərait yaradılsa da onlardan 19 nəfəri işləməkdən imtina etmişdir.

İndi rayonun bütün ümumtəhsil məktəblərində yeni dərs ilinə hazırlıqla əlaqədar olaraq 2013-2014-cü dərs ilində birinci siniflərə qəbul ediləcək uşaqların siyahısı dəqiqləşdirirlir, təhsil ocaqlarında səliqə-səhman yaradılır, bir sıra məktəblərdə cari təmir işləri aparılır, hər bir təhsil müəssisəsində şagird kontigentinin formalaşdırılması və sabitləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir.

Yekun vurduğumuz dərs ili ərzində rayon Təhsil şöbəsi tərəfindən ümumtəhsil məktəblərinin, məktəbdənkənar tərbiyə müəssisələrinin fəaliyyətinə nəzarət və rəhbərliyik daim diqqət mərkəzində olmuşdur. " Təhsil Qanun"nun tələblərinə uyğun olaraq məktəblərdə və digər təhsil müəssisələrində təlim-tərbiyə işlərinin vəziyyəti, məktəb islahatının sürətləndirilməsi məsələləri araşdırılmış, Təhsil şöbəsinin şura iclaslarında geniş müzakirə olunmuşdur. Şura iclasları ayda bir dəfə olmaqla tərtib olunmuş qrafikə uyğun keçirilmişdir. Şura iclaslarında məktəb həyatının müxtəlif sahələrinə dair 37 məsələ müzakirəyə çıxarılmışdir. Müzakirə edilən məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmış, təlimin səmərə və keyfiyyətinin yüksəldilməsinə yönəldilən qərarlar qəbul edilmişdir.

2013/2014-cü tədris ilinin sənədləri vaxtındaTəhsil Nazirliyindən gətirilmiş, rayonun bütün ümumtəhsil məktəbləri məktəb sənədləri ilə təmin olunmuşdur. Ötən illərdən fərqli olaraq şagirdlərin dərsliklərlə təmin olunması məsələlərinə diqqət artırılmışdır. İndiyə qədər ümumtəhsil məktəblərinə paylanmaq üçün 58 adda 5164 ədəd dərslik kitabları gətirilərək məktəblər arasında bölünmüşdür. Yaxın günlərdə daha 3900 ədəd dərsliyin gətirilməsi nəzərdə tutulmuşdur.

Məlum olduğu kimi, 2013-cü ilin oktyabr ayının 9-da Azərbaycanda Prezident seçkiləri keçiriləcəkdir. Bütün ölkədə oldugu kimi rayonumuzda Prezident seçkilərini ugurla həyata keçirmək üçün ciddi hazırıq işləri gedir. Bu işdə müəllimlərimiz daha fəal mövqe nümayiş etdirir, yaşadıqları ərazilərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ugurlu daxili və xarici siyasətinin mahiyyətini, onun xalqımızın rifahı və firavanlıgı naminə əzmlə mübarizə aparmasını təkzibolunmaz faktlarla seçıcılərə izah edirlər. Azərbaycanın gündən-günə artan şöhrəti dünya birliyində layıqli yer tutması cənab İlham Əliyevi dünyanın ən nüfuzlu siyasi xadimlərindən birinə çevirmişdir. Ona görə də biz Prezident seçkilərində Azərbaycanda cənab İlham Əliyevlə rəqabət apara biləcək 2-ci namizəd tanımırıq və O, Azərbaycan xalqının alternativsiz Prezidentidir.

Biz, qəti surətdə bildiririk ki, qarşıdan gələn prezident seçkilərində rayonumuzun çox saylı müəllimlər ordusu bir nəfər kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi dəstəkləyəcəkdir. Biz yaxşı bilirik ki, Azərbaycanin gələcək inkişafının, xalqımızın xoş güzəranının təminatçısı yalnız cənab İlham Əliyev ola bilər.

Daşkəsən rayon məllimlərinin ali məclisində Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev konfransa yekun vuraraq qeyd etmişdir ki, məktəb məbəddir, qibləgahdır, elm ocağıdır. Məktəbə hamımız səcdə etməli, onu qorumalı və qayğı göstərməliyik. Məhəmməd Peyğəmbər buyurur ki, bir saat elm öyrənmək 60 il ibadət etməkdən daha sərfəlidir. V.Hüqo deyirdi ki, bir məktəbin tikilməsi bir təcridxananın bağlanması deməkdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ali diqqət və nəzarəti altında iki il ərzində Daşkəsən rayonununda 26 məktəbin tikintisi və əsaslı təmiri aparılacaqdır.Ötən illərlə müqayisədə hiss olunur ki, rayonumzun təhsilində bir tərpəniş, irəliləyiş vardır. Bu siz müəllimlərin əməyinin, zəhmətinin qiymətidir. Müəllim adı böyük addır, şərəfdir, şöhrətdir, fəxr ünvanıdır. İndi hər birimizin ən böyük müəllimi ölkə Prezidenti cənab İlham Əliyevdir.

Siz müəllimlər daha yaxşı bilirsiniz ki, təhsil sisteminin qarşısında duran əsas vəzifə təlim prosesinin səmərəliliyini təmin etməklə, milli və ümumbəşəri dəyərlərə yiyələnən, yaradıcı və tənqidi düşünməyi bacaran, fəal və təşəbbüskar şəxsiyyətlər yetişdirməkdir. Bu proses məktəblərdə dərslərin yeni təlim texnologiyaları ilə təşkilini, müəllimin özünün hazırlığını ön plana çəkir. Bu günün müəllimi ənənəvi metodlardan uzaqlaşmalı, yeni təlim texnologiyalarını dərindən mənimsəməli, şagirdləri düşünməyə, axtarmağa, nəticə çıxarmağa sövq etməlidir. Buna görə də hər bir müəllim dərslərə ciddi hazırlaşmalı, özündə informasiya bolluğu yaratmalı, peşəkarlıq səviyyəsini durmadan artırmalıdır.

Mən fürsətdən istifadə edərək kənd yerlərində fəaliyyət göstərən yerli icra strukturlarının rəhbərlərinə tapşırıram ki, rayonumuza təyinatla göndərilmiş gənc müəllim kadrların sosial- məişət şəraitinin yaxşılaşdırılmasında lazım olan köməkliyi göstərsinlər, bu sahədə bizə yardımçı olsunlar. Onlar üçün elə bir şərait yaradaq ki, gənc kadrlar həmişəlik olaraq rayonumuzda qalıb işləsinlər, gənc nəslin təlim və tərbiyəsində öz töhfələrini versinlər.

Qarşıdan Prezident seçkiləri gəlir.Rayonumuzda cənab Prezidentin ünvanına yaradılan çox böyük ideoloji təminat, Heydər Əliyev siyasətinə və onun varisi cənab İlham Əliyevə olan ümumxalq sevgisi belə bir fikir söyləməyə əsas verir ki, daşkəsənlilərin seçimi mütləqdir və birdir. Biz möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşmişik və ona da səs verəcəyik.

Daşkəsən rayon müəllimlərinin ali məclisində Respublika Təhsil Nazırliyinin şöbə müdiri Sübhi Kazımov,İ.Nəsimi adına tam orta məktəbin müəllimi Rəna Aslanova, A. Mürsəlov adına 2 saylı tam orta məktəbin direktoru Aybəniz Vəliyeva ,Quşçu kənd tam orta məktəbin direktoru Kərim Kərimov ,Əmirvar kənd tam orta məktəbin məzunu Eldəniz Bayramov öz çıxışlarında , yeni dərs ilinin başlanması münasibətilə rayon müəllimlərini təbrik etmişlər.

Konfransda qərar qəbul olunmuş, ölkə Prezidentinə müraciət ünvanlanmışdır.