Azərbaycanlı sahibkarlar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə və aidiyyəti digər strukturlara Şuşada televiziya qülləsi tikmək üçün müraciət edib.
Mövqe.az Report-a istinadən xəbər verir ki, bunu iş adamı - “Qartal” tikinti şirkətinin rəhbəri Şahin Məmmədov deyib.
Onun sözlərinə görə, tikiləcək qüllənin hündürlüyü 100 metr olması planlaşdırılır. Sahibkar hökumətin razılıq verəcəyi təqdirdə işə başlamağı düşünür.