Salyanda sürücü diri-diri yandı

3 Sentyabr 2013 12:59 (UTC+04:00)

"VAZ-21015" markalı avtomobil yol kənarındakı maneəyə çırıpılaraq alışıb

Salyan rayonunda bir nəfərin ölümü ilə nəticələnmiş ağır yol nəqliyyat hadisəsi baş verib. Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Ələt-Astara magistralının Salyan rayonundan keçən hissəsində qeydə alınıb. Cəlilabad rayon sakini Nicat Quluyev idarə etdiyi "VAZ-21015" markalı minik avtomomil ilə Astara istiqamətində hərəktətdə olarkən idarəetmni itirərək yol kənarındakı maneəyə çırıpılıb. Zərbənin təsirindən avtomobil yanımağa başlayıb.

Bədbəxtçilikdən sürücü Nicat Quluyev avtomobildən çıxa bilməyib və maşında diri-diri yanıb. Onun sərnişini isə maşını tərk edə bilib. 

Faktla başlı araşdırma aparılır.