Movqe.az xəbər verir ki, Ağ Evin Suriya əməliyyatı məsələsində Konqresin dəstəyini almaq naminə başlatdığı lobbi kampaniyasına onu daha sərt dillə tənqid edən adlardan biri olan Respublikaçı senator Con Makkeyndən şərti da olsa dəstək gəlib. Makkeyn, Prezidentə Suriyadakı üsyançıların silahlandırılması üçün daha çox şey etməsi və hücumun Suriya ordusunu zəiflədəcək qədər cəza olması şərti ilə "məhdud əməliyyat" a dəstək verəcəyini açıqlayıb. Arizona Senatoru Makkeyn, Ağ Evdəki bir saatlıq görüş əsnasında Obamanın Suriyalı üsyançılar üçün daha çox şey edilməsi fikrinə ümumi dəstək verdiyini, ancaq spesifik detallar üzərində anlaşmadıqlarını vurğulayıb. Cənubi Karolinalı Respublikaçı senator Lindsey Grahamın da qatıldığı yığıncaqla əlaqədar danışan bəzi səlahiyyətlilər isə Obamanın ABŞ-ın Suriyalı üsyançıları silahlandırmaq və maarifləndirmək üçün başlatdığı gizli cəhdlərin meyvələrini verməyə başladığını söyləyib. Buna görə CIA tərəfindən öyrədilən ilk 50 nəfərlik qrup Suriyaya sızmağa başlayıb.