ABŞ-ın "Yahoo" şirkəti İran vətəndaşları üçün poçt xidmətini dayandırıb.
Mövqe.az-ın "Oyannews"a istinadən məlumatına görə, bununla bağlı şirkətin yaydığı açıqlamada bildirilir. Xəbərdə həmçinin qeyd olunur ki, İran "Yahoo"da hesab açılmasına icazə verilmiş ölkələr siyahısından da çıxarılıb.
Qeyd edək ki, İran vətəndaşları sentyabrın 3-də səhər saatlarından etibarən e-mail adreslərinə daxil ola bilməyiblər. "Yahoo" isə İranı öz sanksiya siyahısına salmasına baxmayaraq, bu ölkə vətəndaşlarına öz xidmətlərindən istifadəyə icazə vermiş ABŞ-ın yeganə şirkətlərindən biri idi.