Bakı bulvarı tamamilə simsiz Wi-Fi şəbəkəsi ilə əhatə olunacaq
Bu barədə Trend-ə Dənizkənarı Milli Bulvar İdarəsindən bildirilib.
İdarədən verilən məlumatda bildirilir ki, hazırda giriş nöqtələrinin qurulması üzərində işlər aparılır. Hazırda Dənizkənarı Milli Parkda quraşdırılan Wi-Fi nöqtələrinin sayı 30 ədədi keçir.
Simsiz giriş xidmətini 2013-cü ilin sonuna kimi istifadəyə vermək planlaşdırılır.