Movqe.Az xəbər verir ki, NATO-nun Müttəfiq Qüvvələr keçmiş Komandiri Ceyms G.Stavridis, Suriyaya yönəlmiş hərbi müdaxiləyə NATO-nun da qatılması lazım olduğunu söyləyib. Nyu York Times mövzuyla əlaqədar bir məqalə yazan Stavridis, Türkiyə kimi bir NATO üzvünün hücuma uğrama riskinin bu iştirak üçün "haqlı səbəb" olduğunu söyləyib. Stavridis, bu səbəblə NATO-nun BMT Təhlükəsizlik Şurası qərarına ehtiyacı olmadığını, Kosovada da 1999-cu ildə BMT-nin qərarı olmadan müdaxiləyə qatıldığını xatırladıb. 2013-cü ilin mayına qədər NATO komandirliyini icra edən Stavridis, ABŞ, Fransa və Türkiyənin qatılacağı bir müdaxilənin, NATO-nun qoruması altında edilməsi lazım olduğunu qeyd edib. NATO-nun bu müdaxilədə iştirakının, kimyəvi silahlara qarşı xoşməram göstərmiyəcəyini söyləyən Stavridis, Suriyadakı hava limanlarında, bu bölgələrə nəzarət edən mərkəzlər və mərmilərin olduğu yerlərin vurulması lazım olduğu fikrini müdafiə edib.