ABŞ Senatının beynəlxalq əlaqələr komitəsi Suriya ilə bağlı qətnaməyə səs verib

5 Sentyabr 2013 11:36 (UTC+04:00)

ABŞ Konqresinin yuxarı palatasının beynəlxalq əlaqələr komitəsi Suriyada hərbi əməliyyatın keçirilməsinə icazə verən qətnaməyə səs verib. Apa-nın verdiyi məlumata görə, bu haqda "Röyter" agentliyinin yaydığı xəbərdə bildirilir.

On nəfər senator qətnamə layihəsinin lehinə, yeddi nəfər isə əleyhinə səs verib.

Senat tam tərkibdə sözügedən qətnamə layihəsini sentyabrın 9-dan sonra müzakirə edə biləcək.